Xəbər lenti
Qarabağda hərbi əməliyyat nə vaxt keçiriləcək?
Manevr.az Turan-a istinadla xəbər verir ki, Azərbaycan dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, erməni tərəfin regiondan çıxarmaqdan imtina etdiyi qondarma Qarabağ müdafiə ordusunun mövcudluğuna dözmək niyyətində deyil.
Öz növbəsində separatçıların liderləri birmənalı şəkildə bəyan edirlər ki, erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə bağlı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərindən birini icra etmək niyyətində deyillər.
Beləliklə, separatçıları tərksilah etmək üçün hərbi əməliyyatın aparılması zaman məsələsidir.
Hərbi ekspertlər xəritədə qarşıdakı əməliyyatın parametrlərini təhlil edərək onun ən məntiqli variantlarını qeyd edirlər. Hər şeydən əvvəl, ən möhkəmləndirilmiş və silahla təchiz edilmiş keçmiş Mardakert rayonu (Ağdərə) seçilir. Burada separatçıların əsas bazaları, hərbi hissələr və silahlar cəmləşib. Ağır texnikanın mühüm hissəsi iki mədənin ərazisində yerləşib: Qızılbulaq (Drmbon) və Dəmirli (Kaşen). Bu rayonun dağlıq relyefi və sıx meşələri xeyli hərbi qüvvəni gizlətməyə imkan verir. İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri xeyli itki hesabına bu rayonun minimal hissəsini azad etməyə nail olub. Lakin sonrakı dövrdə Azərbaycan Silahlı Qüvvələri bir sıra əməliyyatlar keçirib, hakim yüksəklikləri tutub və rayonun xeyli ərazisini nəzarətə götürüb.
Ağdərənin strateji əhəmiyyəti Tərtərdən Kəlbəcərə birbaşa yolun, həmçinin Qarabağın ən böyük su rezervuarı olan Sərsəng su anbarı və eyniadlı su- elektrik stansiyasının olması ilə izah edilir. Ağdərə daha da möhkəmlənibsə, separatçıların ən zəif yeri üç tərəfdən əhatə olunmuş keçmiş Martuni rayonudur (Xocavənd). Ən zəif nöqtə bu rayonu Xankəndinə bağlayan yolun keçdiyi 4-5 km. dar bir hissədir.
Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhəri və Abdal Gülablı kəndi tərəfdən eyni vaxtda hücumu bu yolu kəsir və bütün rayon mühasirəyə düşmüş olur. Eyni zamanda, yaxınlıqdakı Xankəndi şəhəri birbaşa zərbə altında olacaq. Bu rayonu Qarabağın qalan hissəsindən ayıran Azərbaycan Silahlı Qüvvələri erməni qüvvələrini tərksilah edəcək. Bundan sonra Əsgəran rayonu zərbə altına düşəcək ki, (artıq Fərrux strateji yüksəkliyi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir) bu da Əsgəranın özünə hücum etməyə, Sırxavənd kəndi ərazisində Ağdərədən Xankəndinə gedən yolu kəsməyə imkan verir. Eyni zamanda, Xocalıya getmək imkanı yaranacaq.
Bu cür əməliyyatların eyni vaxtda baş verməsi mümkündür və bu da separatçıları bir-birlərinə kömək etmək və real müqavimət təşkil etmək imkanından məhrum edəcək.
Açıq mənbələrin məlumatına görə, Qarabağdakı erməni qüvvələrin ümumi sayı 5-10 min nəfər arasındadır, üstəlik, bir neçə min ehtiyatda olan var. Yeni müharibə olarsa, döyüş qabiliyyətli kişilərin hamısı orduya çağırılmalıdır və bu, daha bir neçə min nəfər edər. Nəzərə alsaq ki, hazırda Qarabağda 40-45 min nəfər yaşayır, ermənilər 15-20 min nəfəri silahlandıra bilər. Silahlara gəlincə, bunlar 150-ə qədər tank və döyüş maşınıdır - PDM və ZTR. D30 haubitsa şəklində artilleriya, zenit qurğuları və tank əleyhinə vasitələr. Bir neçə "Grad" və ola bilsin ki, "Smerç" yaylım atəşli sistem var, lakin onlar üçün raket çatışmazlığı var.
İkinci Qarabağ Müharibəsi zamanı ermənilərin hərbi texnikasına ciddi ziyan dəyib, bir hissəsi isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərinə əsasən Ermənistana aparılıb. Odur ki, bu gün regionun blokadası, texnika üçün yanacağın olmaması, ordu və əhalidə ümumi ruh düşkünlüyü nəzərə alınaraq, Qarabağ ordusunun döyüş qabiliyyəti kifayət qədər aşağı qiymətləndirilir. Nəhayət, qarabağlılar Ermənistanın köməyinə arxalanmamalıdır.
Öz növbəsində, Azərbaycan İkinci Qarabağ Müharibəsindən sonrakı üç il ərzində Qarabağ ətrafında azad edilmiş ərazilərdə hərbi infrastrukturu ciddi şəkildə möhkəmləndirib. Bir neçə hərbi baza, hərbi hissə, aerodrom yaradılıb. Müharibədən sonra sayı ən azı iki dəfə artırılan xüsusi təyinatlı qüvvələrin Qarabağ ətrafında dislokasiyasını xüsusi qeyd etmək lazımdır.
Texniki, radioelektron kəşfiyyat vasitələri erməni tərəfini tam nəzarət altında saxlamağa imkan verir. Hərbi ekspertlərin rəylərinə görə, yeni müharibə olacağı təqdirdə Qarabağ iki həftədən çox davam gətirməyəcək. Buna baxmayaraq, Azərbaycan üçün insan itkisi qaçılmaz olacaq, hələ ermənilərdən danışmırıq.
Üçüncü tərəfin vəziyyətə müdaxiləsi ehtimalı azdır. Rusiya sülhməramlılarının sayı azdır və fiziki cəhətdən Azərbaycanın bir neçə min xüsusi təyinatlısının qarşısını ala bilməz. Bundan əlavə, sülhməramlılar statist rolunu yerinə yetirdiklərini və bütün məsələlərin Bakı və Moskva arasında bağlı qapılar arxasında həll edildiyini çoxdan başa düşüblər.
Qərbə gəlincə, onun Azərbaycana mane olmaq və ya qarşısını almaq üçün fiziki imkanları yoxdur. Bakı üçün ən böyük mənfi nəticə beynəlxalq tənqid və bəlkə də hansısa sanksiyalar olacaq. İlham Əliyevin Şuşadakı son çıxışını xatırlasaq, Bakının Qarabağ münaqişəsinə mənəvi və fiziki cəhətdən son qoymağa hazır olduğuna şübhə yoxdur. Eyni zamanda, Qarabağ erməniləri öz radikal və qəti hərəkətlərilə Azərbaycan tərəfini təhrik edirlər və onların tərksilah edilməsi üzrə əməliyyatın keçirilməsinə səbəb verirlər.
Bu vəziyyətdə ancaq bir sual cavabsız qalır - Nə zaman?
Hadisələrin inkişafına görə çox gözləmək lazım gəlməyəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar