Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Rəisinin xanımı türkə nifrətini açıq etiraf etdi

Tarix: 18-06-2023 09:14     Baxış: 3260 A- / A+



İran prezidentinin xanımı Cəmilə Ələmülhudanın müsahibəsi narazılıq doğurdu. Onun sözləri isə şiə-şüubiyə təfəkkürünü ortaya qoydu.
Manevr.az xəbər verir ki, bu sözləri Axar.az-a güneyli jurnalist Məsud Haray İranın birici xanımının müsahibəsində türk və ərəbləri düşmən adlandırmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, belə yanaşma paniranist təfəkkür ilə eynilik təşkil edir:
“Farslar ərəblərin o dövrdə sürdüyü hakimiyyətin düşmənçiliyini edirlər. Sanki ərəblərdən daha öncə yalnız və yalnız farsların hakimiyyəti olub. Bu hakimiyyətə ərəblər son veriblər. O səbəbdən də bu təfəkkürlə ərəb düşmənçiliyi, sonra min illər dünyanı idarə edən türklərin hakimiyyəti ilə türk düşmənçiliyi ortaya çıxdı. Bunlar da şiə-şüubiyənin əsas fəlsəfəsidir. Elə xanımın sözlərində də eyni düşüncənin şahidi olduq. Türkləri, ərəbləri, monqolları düşmən adlandırdı. Monqolları da türk boylarından hesab etdikləri üçün onları da düşmən sayırlar. Farsların məntiqi ilə biz bu bölgəyə gəlməyik. Bu yerin əsl sahibi farslar olub. Təbii ki, yanlış təfəkkürdür. Bunu həm də paniranist təfəkkür adlandırmaq olar. Həmin xanımın yalanları paniranistlərin yalanları ilə üst-üstə düşür”.
Məsud Harayın bildirib ki, Cəmilə Ələmülhudanın fikirlərini Rza Pəhləvi də bir vaxtlar dilə gətirib:
“Rza Pəhləvi də Cəmilənin sözlərinin eynisini deyib. O da müsahibələrində ərəblərin, türklərin, monqolların hücumundan danışıb və qəsbkar olduqlarını söyləyib. Paniranist və şiə-şuubiyə düşüncəsi bir fəlsəfədən çıxış edir. Onu da qeyd edim ki, İran yetkililəri bunu birbaşa söyləməsə də, arxa planda hər gün danışdıqları, planladıqları məsələrdən biri türk və ərəb düşmənçiliyi olub. Bu xanım da burada açıq şəkildə, diplomatiya etikası gözləmədən söylədi. Yəni, bəzi gerçəklər var idi ki, dilə gətirilmirdi, Cəmilə xanımın vasitəsi ilə birbaşa dedilər”.
O, birinci xanımın sözlərində ziddiyətlərin olduğunu deyib:
“Müsahibəsində deyir ki, guya, bunun oxuduğu şəhid Behişti Universiteti Amerika Universitetlərindən daha əvvəl yaranıb. Hətta universitetin həyətindəki ağacların yaşı Amerika universitetlərindən daha qədimdir. Hansı ki, bu universitetin əsası 1959-cu ildə qoyulub. Amerikada isə 1776-da yarandığı bilinir. Onun müsahibəsində başqa bir məqam da diqqət çəkir. Deyir ki, xanımların təhsil almasına və işləməsinə gərək yoxdur. Onlar ancaq evdə oturmalıdır. Bu qəbuledilməzdir. Onun fikirləri qeyri-demokratik sayıla bilər. Bu, siyasi olaraq da İran hökumətinin əsas fəlsəfəsini təşkil edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar