"Türkiyənin hazırki iqtisadi problemləri, zəlzələnin nəticələri ilə mübarizə kimi çətinliklərinə baxmayaraq, Ədalət və İnkişaf Partiyası (AK Parti) parlamentdə üstünlük əldə etdi. Qərb mediasının Kamal Kılıçdaroğlunu namizəd göstərən Millət İttifaqını bu qədər dəstəkləməsinə rəğmən Türkiyə Böyük Millət Məclisində Cümhur İttifaqının 322 deputatı olacaq", - deyə o əlavə edib.
M.Çelikin sözlərinə görə, bu gün Türkiyə iqtisadi problemlərlə üz-üzədir, lakin onu da bilmək lazımdır ki, qlobal miqyasda baş verən pandemiya böhranının rolu burada az deyil.
"Bundan əlavə, 14 mayda keçirilən seçkilərin nəticəsi olaraq demək olar, bütün parlament üzvləri dəyişib. Əgər 28 may tarixində keçiriləck seçkilərin ikinci turunda Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilərsə parlamentdə bütünlüklə yeni komanda yaradacaq. Bundan sonra istər iqtisadi, istər digər sahələrdə əsaslı dəyişikliklər olacaq. Prezident Ərdoğanın investisiya qoyuluşu üçün qərblə sövdələşməsinə gəldikdə isə düşünürəm ki, kifayət qədər iqtisadi siyasət mövcuddur", - deyə o qeyd edib.
M.Çelik onu da vurğulayıb ki, Türkiyəyə gələn araşdırmaçı jurnalistlər belə ölkəyə qərəzli yanaşırlar.
"Türkiyənin müdafiə sənayesini inkişaf etdirdiyi, enerjisini şaxələndirdiyi, Suriyanın şimalında Qərbin dəstəklədiyi terror təşkilatları ilə mübarizə apardığı bir vaxtda Qərb mediası Ərdoğanla bağlı konkret proqnozlar verib, lakin nə üçün Körfəz monarxiyalarından birini niyə jurnalların üz qabığında görmürük? Hətta qərb nümayəndələri Türkiyəyə gəlməzdən əvvəl öz inandıqları həqiqəti və qərəzli yanaşmanı sonra da kənara qoymurlar. Düşünürəm ki, bu cür yanaşma doğru deyil və Türkiyə siyasətinin düzgün anlaşılmasına əngəl olur", - deyə o əlavə edib.
"Əslində, bu səslər R.T.Ərdoğan və K.Kılıçdaroğlunun səslərini bölsə də, seçicilərin əskəriyyəti milliyətçilərdir və bu da R.T.Ərdoğanın seçkilərdə qalib gəlməsini asanlaşdırır", - deyə redaksiya rəhbəri bildirib.
Qeyd edək ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib.
Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.
Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.milli.az