Xəbər lenti
Şuşadan açılan geopolitik atəş – Moskva və erməni mərkəzlərinə sarsıdıcı mesaj
Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçirilən 9 May Qələbə paradında iştirak etmədi. Bu, ölkə mediasında, sosial şəbəkədə hələ də ciddi müzakirə edilir.
Nə baş verir?
Moskvada keçirilən 9 May paradı “Qələbə paradı” adlansa da, son illərdə əsas mahiyyətindən tamamilə uzaqlaşıb. Məsələ ondadır ki, paradda iştirak edən ölkələr hər il alman nasizminə qarşı birgə əldə etdikləri tarixi qələbəni qeyd edirdilər. Lakin Rusiyanın Ukraynaya hücumu və torpaqlarını işğal etməsi faktiki olaraq Kremlin özünü alman nasizmindən pis vəziyyətə saldı. Təsadüfi deyil ki, bu gün bir çox postsovet ölkəsi Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə görə paradda iştirak etmək istəmirlər. Azərbaycan da belə ölkələrdəndir.
Əliyevin Kremlə iki mesajı
Prezident İlham Əliyevin 9 May Qələbə paradında iştirak etməməsi bir çox aspektlərdən təhlil edilir. Ölkə başçısı paradda iştirak etməyərək faktiki olaraq Kremlə 2 mesaj verir:
Birincisi, Azərbaycan Rusiyanın Ukraynaya hücumunu, torpaqlarını işğal etməsini tanımır və qınayır. Prinsip etibarilə rəsmi Bakı müharibəyə qədər və müharibənin ilk vaxtları tərəflərə vasitəçilik missiyasını təklif edib. Lakin bu o demək deyil ki, Azərbaycan işğalçı və işğala məruz qalan ölkəni eyniləşdirir.
Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı açıq şəkildə Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan edib və rəsmi Kiyevin ədalət bərpa olunanadək mübarizəyə davam etməsini tövsiyə edib. Bu, ölkə başçısının timsalında Azərbaycanın Rusiya-Ukrayna müharibəsinə mövqeyinin əyani göstəricisidir.
İkincisi, Bakı bununla Azərbaycanın Rusiyanın təsirində olmadığını, özünün müstəqil siyasət yürütdüyünü bir daha elan etdi. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda əsas söz sahibinə çevrilib. Bu fakt isə öz növbəsində Rusiyanın Cənubi Qafqazda, eləcə də Qarabağ məsələsində dominantlıq imkanlarını getdikcə zəiflədir.
Paşinyanın çarəsizliyi
Azərbaycan Prezidenti İlham Əliyevdən fərqli olaraq Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada keçirilən 9 May Qələbə paradında iştirak etdi. Paşinyanın paradda iştirak üçün 1 gün öncədən Moskvaya gəlməsi də diqqətçəkən məqamdır.
Paşinyanın paradda ön cərgədə əyləşməyi əslində onun və onun timsalında Ermənistanın reallığını əks etdirir. Paşinyan hər nə qədər Qərb meylli siyasətçi kimi tanınsa da reallıq ondan ibarətdir ki, nə özü, nə də ölkəsi Kremlin təsirindən çıxa bilmir.
Əslində Paşinyanın ön sırada əyləşdirilməsi də təsadüfi deyildi. Bu, Kremlin Qərbə verdiyi ciddi bir mesajdır. Mesajın ümumi məğzi isə belədir: “Ermənistan mənim orbitimdədir və uzun müddət belə qalacaq”.
Və sonda
Şuşa şəhəri 1992-ci ilin 8 may tarixində erməni hərbi birləşmələri tərəfindən işğal edilmişdi. İşğalda SSRİ-dən qalma 366-cı alayın da yaxından iştirakı faktı hər kəsə bəllidir. 2020-ci ilin 8 noyabr tarixində Şuşa Azərbaycan ordusu tərəfindən azad edilib. Artıq bu şəhər Azərbaycanın yalnız mədəni paytaxtı deyil, həm də siyasi mərkəz roluna malikdir. Prezident İlham Əliyev ən mühüm bəyanatlarını bu Qala şəhərdən verir. Dəfələrlə buradan açıqlamalar səsləndirib, çıxışlar edib. Bu günlərdə İlham Əliyev yenə Qarabağda, Şərqi Zəngəzurda və Şuşadadır. Olduqca mühüm tədbirlər, açılışlar edir. 9 may günü prezidentin bir fotosu yayıldı. O, Şuşada Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adını daşıyan küçədə lövhənin açılışı etdi və həmin lövhənin fonunda şəkil çəkdirdi. Şuşa Bəyannaməsinin imzalandığı şəhərdən belə bir şəklin paylaşılması Rusiya daxil, bütün hegemon güclərə mesaj idi. Həmçinin Şuşanın həm də Türkiyənin, Türk Dünyasının mənəvi paytaxtı olmasının növbəti təqdimatı oldu. Bu mesaj vaxtlar Şuşada sərxoş halda rəqs edən Paşinyana və erməni ictimaiyyətinə də öldürücü ismarış oldu.Globalinfo.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar