Xəbər lenti
Razılaşmanın detalları üzə çıxdı: Qazaxın 7 kəndi və Kərki qaytarılır - Şok faktlar
- Qabil bəy, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin 1975-ci il sovet xəritələri əsasında dəqiqləşməsinə hazır olduğunu bildirib. Erməni tərəfinin o dövrün xəritələrinə istinad etməsi hansı məntiqə əsaslanır?
- Paşinyan 1975-ci ilin sovet xəritələri Ermənistanın xeyrinə olduğuna görə ona istinad edir. Erməni tərəfi sovet hakimiyyəti illərində qəsb edilmiş yaxud da ki, Kremlin dəstəyi ilə Azərbaycandan qopardılıb Ermənistana verilmiş topaqlardan yan keçmək istəyir. Lakin həmin dövrün xəritələrində isə Zəngəzur, Dərələyəz mahalı, Böyük Göyçə mahalının ərazisi daxildir. Yəni, Azərbaycan Xalq Cümhuriyyətinin 114 min kv km-lik ərazisi 1936-cı ilə qədər 86,6 min kv km-ə endirildi. Azərbaycanın yerdə qalan 20 min kv km-dən artıq torpaq sahəsi isə Ermənistana verildi. Bu, Kremlin və o zamanda Azərbaycanda hakimiyyətdə olan rəhbərlərin dişsiz qərarları, sükutu və yaxud da ki, örtülü xeyir-duası ilə baş vermiş acı gerçəklikdir. Ona görə də, Paşinyan 1975-ci il xəritələrindən bəhs edəndə o qədər də uzaq olmayan tarixdə Azərbaycan xalqının əlindən alınmış, ilhaq edilmiş torpaqların gündəmə gətirilməməsini istəyir.
- Bu tarixi seçilməsi hansı amillərlə bağlıdır?
- Erməni tərəfi özləri üçün bu məsələdə qondarma bir tarix uydurmuşdular. Amma indi həqiqətlərin üstü açılır. Real xəritələr var. Həmin xəritələrdə Azərbaycan Xalq Cümhuriyyətinin dövrü əhatə edən ərazisi aydın təsəvvür edilib. Eyni zamanda 1936-cı ilə qədər Azərbaycanın real ərazisi tarixi faktlarla xəritələrdə öz əksini tapıb. Hətta 1983-cü ilə qədər Azərbaycan əraziləri Ermənistanın xeyrinə güzəştə gedilib. Qazax rayonu istiqamətində 2 min kv km olan ərazi otlaq-meşə sahəsi kimi Ermənistana verilib. Ona görə də, Azərbaycan tarixinin sovet hakimiyyəıti illərinə nəzər saldıqda XX əsrin başlanğıcından 90-cı illərə qədər olan tarixində bu cür acı həqiqətləri görmək mümkündür.
- Vaşinqtonda Azərbaycan-Ermənistan Xarici İşlər nazirlərinin görüşündən sonra bu yaxınlarda Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında Brüssel görüşünün olacağı gözlənilir. Bu cür sıx təmaslar fonunda sülh müstəvisində nəhayət müsbət qərarın əldə edilməsi gözlənilirmi?
- Vaşintonda Azərbaycanla Ermənistan Xarici İşlər nazirlərinin görüşləri bir çox məsələlərdə razılığın əldə olunması baxımından səmərəli olub. Müəyyən irəliləyişlər var. Bu razılaşmalar sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlıdır. Həmçinin Qazağın 7-i və Naxçıvanın 1 kəndinin də Azərbaycana qaytarılması məsələsi istiqamətində burada müəyyən yaxınlaşmalar əldə edilib. Eyni zamanda Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı da tərəflər arasında birmənalı yekun fikir var.
- Nikol Paşinyanın Moskvaya səfəri fonunda Rusiyanın burada təşəbbüsü yenidən ələ almaq cəhdlərini necə qiymətləndirirsiniz?
- Moskva çalışır ki, hazırkı məqamda təşəbbüsü Vaşinqtonun əlindən alıb özü bu prosesləri həyata keçirsin. Amma Rusiyanın təqdim edəcəyi sülh müqaviləsi bölgə üçün gec partlayan mina olacaq. Eyni zamanda Rusiyanın təklif etdiyi sülh şərtlərində konsensusa gəlmək mümkün olmayacaq. Ona görə, də Moskva görüşü baş tutsa da burada əldə olunacaq razılaşma Vaşinqtonda əldə edilmiş razılaşmadan qat-qat sönük olacaq. Hazırda sülh təşəbbüsü ABŞ-da, Avropa ölkələrindədir. Bu baxımdan proses məhz bu istiqamətdə getsə sülh əldə edilə bilər. Rusiya xətti ilə olacaq sülh prosesi isə onun bölgədə qalmaq niyyətlərinə uyğun cərəyan edəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar