Xəbər lenti
Azərbaycan məsələni bu istiqamətdən həll edəcək – “B planı” masaya gəlir
Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı deyib ki, “əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq!”
“Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq. Buna görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər” – Prezident deyib.
Maraqlıdır, Ermənistan sülh sazişini imzalamayacağı təqdirdə hansı addımlar atılacaq?
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı globalinfo.az-a danışan politoloq Elşən Məcidov deyib ki, bu gün xarici işlər nazirləri arasında danışıqların son raundudur:
“Danışıqlar təzə başlayanda optimist proqnozlar pessimist proqnozları üstələyirdi. Hazırda proqnozların 50:50-yə olmasını ehtimal etmək olar.
Danışıqların müsbət tonda yekunlaşacağına 3 mühüm amil işarə edir:
1) Azərbaycanın Laçında Sərhəd Nəzarət Buraxılış Məntəqəsi yerləşdirməsi Azərbaycanın danışıqlar masası arxasında mövqelərini gücləndirib, Ermənistanın mövqelərini xeyli zəiflətmiş olur;
2) Ermənistanın əsas havadarı və rəsmi müttəfiqi sayılan Rusiyanın resurs və imkanları çox məhduddur. Neft-qaz gəlirlərinin 40% enməsi, logistikanın acınacaqlı vəziyyətdə olması, Rusiyanın strateji tərəfdaşı sayılan bir çox ölkələrin son BMT səsverməsində Rusiyaya qarşı çıxması Moskvanın qlobal və regional miqyasda zəifləməsindən xəbər verir. Dünən Kremlə dron zərbələri məsələni daha da qəlizləşdirmiş olur. Bəli, ehtimal ki, bu zərbəni Rusiya özü təşkil etmişdir, amma məsələ hücumun kim tərəfindən təşkilatlanmasında yox, onun hansı nəticələrə gətirəcəyindədir. Kremlə hücum Ukrayna müharibəsinin daha da qızışacağından və Moskvanın bütün diqqət və resursunun bir istiqamətə səfərbər edilməsindən xəbər verir. Belə şəraitdə Ermənistana Rusiyadan hər hansı ciddi bir yardım gələn deyil.
3) Ermənistanın Rusiya (KTMT və ikitərəfli əsasda Rusiyaya qarşı açıq demontaja görə) və Qərb (Rusiyaya sanksiyalardan yayınmağa kömək etdiyinə görə) ilə münasibətləri olduqca pisdir. Belə şəraitdə Ermənistan nəinki heç bir tərəfdən arzuolunan dəstək almır, əksinə, hər iki tərəfdən təzyiqlə üzləşir”.
Politoloq hesab edir ki, bu, görüşün müsbət yekunlaşacağına işarə edən faktorlardır, amma bununla belə görüşün hər hansı ciddi nəticə olmadan yekunlaşacağına işarə edən faktorlar da mövcuddur:
1) Rusiya Ermənistana gedən qaz axınını 1-4 may tarixlərində (yəni Bayramov-Mirozyan-Blinken görüşü davam etdiyi müddətdə) “təmir” səbəbindən dayandırıb. Rusiyanın Ermənistana iki əsas təzyiq mexanizmindən biri qaz, digəri isə Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracıdır. Hələki Rusiya birinci təzyiq vasitəsindən istifadə edib, lakin lazım gəldikdə ikincini də işə qoşmağa hazırdır.
Elşən Məcidov
2) Diaspor, erməni apostol kilsəsi və müxalifət partiyaları Paşinyana çox təzyiq göstərirlər. Paşinyan hakimiyyətini sülh sazişindən daha üstün tuta və riskə getməkdən imtina edə bilər.
3) Ermənistan sazişi Türkiyədəki seçkilərin nəticələrinə qədər uzatmaq üçün əlindən gələni edir. Paşinyan ümid edir ki, seçkilərdə qərbpərəst Kılıçdaroğlu qalib gələcək və Qərbdəki erməni diasporu Qərb hökumətləri rəhbərlərinə, onlar isə öz növbəsində Türkiyə hakimiyyətinə təzyiq edib, onu Azərbaycanla koordinasiya olmadan Ermənistanla sərhədi açmağa məcbur edəcək”.
E.Məcidov deyib ki, belə şəraitdə ölkə başçısı bütün mümkün variantları qiymətləndirərək dünənki bəyanatı çərçivəsində Ermənistana xəbərdarlıq etmiş oldu:
“Prezidentə əsasən, sülh ilk növbədə Azərbaycana yox, Ermənistana lazım olmalıdır. Belə ki, Azərbaycan onsuz da 30 illik işğal müddətində Ermənistan ilə müqayisədə yüksək inkişaf nümayiş etdirmişdir. Postmünaqişə dövründə isə sülhün olmaması Azərbaycanın daha yüksək templərlə inkişaf etməsinə və Ermənistanı bütün mümkün parametrlərdə üstələməsinə gətirəcəkdir. Nəticə etibarilə Ermənistan iki ən böyük sərhədi olan Azərbaycan və Türkiyə ilə nəqliyyat-kommunikasiya əlaqələrini aça bilməyib, yenə də Gürcüstan və İranla malik olduğu kiçik sərhədlərə möhtac qalacaq.
Qərar Ermənistan tərəfindədir. Prezident demişkən, Ermənistanın hələ özünü məntiqli aparması üçün şans var. Yox əgər Ermənistan ənənəvi təcavüzkar və destruktiv siyasəti davam etdirsə, Azərbaycan Qarabağda antiterror əməliyyatı həyata keçirib, Ermənistan və onun havadarlarını fakt qarşısında qoyacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar