Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

ÜST: Pandemiya bu il bitə bilər

Tarix: 01-04-2022 19:17     Baxış: 3273 A- / A+

Ümumdünya  Səhiyyə Təşkilatının (ÜST) Cenevrədəki qərargahında keçirilən mətbuat konfransında danışan Tedros Adhanom Qebreyesus 2022-ci ildə COVID-19 qlobal fövqəladə vəziyyətinə son qoymaq barədə planın təfərrüatlarını paylaşıb.
Manevr.az xəbər verir ki, publika.az-ın xarici mətbuata istinadən məlumatına görə, baş direktor qeyd edib ki, pandemiya bu il bitə bilər.
Qebreyesus virusun təkamülü üçün 3 ssenarinin olduğunu ifadə edib: “Ən yaxşı ssenaridə bundan sonra gücləndirici doza tələb etməyəcək bir neçə variant görəcəyik. İkinci ssenaridə virusun təkamülə davam etdiyini görə bilərik, lakin peyvəndlər sayəsində xəstəliyin ağırlaşma dərəcəsi azalıb. Ən pis halda bundan sonra virusun daha ağır və yoluxucu variantlarının ortaya çıxdığını və heç bir peyvəndin bu yeni təhlükəyə qarşı işləmədiyini görə bilərik”.
COVID-19 ilə mübarizə vasitələrindən yaxşı istifadə etməklə epidemiyanın asanlıqla nəzarət altına alına biləcəyini vurğulayan Qebreyesus əlavə edib ki, peyvəndlərə və müalicəyə ədalətli çıxış təmin etməklə bir çox insanın həyatını xilas etmək mümkündür.
O, bu çərçivədə 2022-ci ilin ortalarına qədər hər bir ölkə əhalisinin 70 faizinin peyvənd edilməsi hədəfinin kritik əhəmiyyət daşıdığını xatırladıb: “İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bu hədəfə daha çox çatsa da, bir çox ölkə, xüsusilə Afrika ölkələri bu hədəfin kölgəsində qaldı. Afrika əhalisinin 83 faizi hələ də bir doza peyvənd almayıb. Bu, mənim üçün qəbuledilməzdir”.
Rusiya-Ukrayna müharibəsinə gəlincə, Qebreyesus ÜST-nin Rusiyanın Ukraynadakı hücumları nəticəsində zərər çəkmiş bölgələrə tibbi yardım göstərməyə davam etdiyini və səhiyyə sisteminin zərər çəkdiyi bölgələrə 160 ton tibbi avadanlıq paylandığını bildirib. Baş direktor Rusiyanın indiyədək Ukraynadakı səhiyyə mərkəzlərinə 82 hücum təşkil etdiyini, bu hücumlarda 72 nəfərin həyatını itirdiyini, 43 nəfərin isə yaralandığını deyib.
Tedros Adhanom Qebreyesus həmçinin Ukrayna, Əfqanıstan və Efiopiyaya humanitar yardımı davam etdirmək və COVID-19 ilə mübarizəyə dəstəyi davam etdirmək üçün təşkilatın 2,7 milyard ABŞ dollarına ehtiyacı olduğunu xatırladaraq beynəlxalq ictimaiyyəti köməyə çağırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar