Xəbər lenti
Maskanın dövranı bitir? - İnfeksionist: “Artıq kollektiv immunitet formalaşıb“
“Qapalı məkanda maska taxma qadağası ləğv edilə bilər".
Manevr.az xəbər verir ki, bunu yenisabah.az-a açıqlamasında infeksionist Mərdan Əliyev bildirib.
Qeyd edək ki, bir neçə gündür ki, qapalı məkanlarda maska qadağasının ləğv olunacağı ilə bağlı şayiələr dolaşır. Artıq bəzi dövlətlərdə də bu məhdudiyyət aradan qaldırılıb.
"Artıq kollektiv immunitet formalaşıb. Bundan öncə karantinə görə yoluxma azalırdısa, indi heç bir karantin olmadan, əksinə, karantinin yumuşaldılması fonunda azalma müşahidə olunur", - deyə M. Əliyev vurğulayıb.
O əlavə edib:
"Deməli, yoluxma sayında təbii azalma gedir. Əhalinin 80-85%-i virusla təmasda olub və immunitet qazanıb. Yaz və qarşıdakı yay aylarında maskadan istifadə və peyvənd sertifikatı tələbi mənasını itirir.
Digər Avropa ölkələrində də yanvar ayından etibarən müəyyən yumuşalmalar olub. Mart ayından etibarən maskaların və sertifikatların istifadəsi də ləğv edilib. Hətta Türkiyədə də maska istifadəsi aradan qaldırılır.
Yəqin ki, restoranlarda, böyük ticarət mərkəzlərində, şadlıq saraylarında maskadan istifadə olunmayacaq. Çünki bu yerlərdə sosial məsafə saxlamaq qeyri-mümkündür.
Yalnız avtobuslarda insanlar çox yaxın təmasda olurlar və nəfəs-nəfəsə qalırlar. Ona görə də, nəqliyyatda maska istifadəsi tələbi qala bilər. Peyvənd sertifikatlarının da aradan qaldırılmasının vaxtı gəlib-çatıb”.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar