Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

İnfarktın əsas əlamətləri bunlardır

Tarix: 23-03-2022 22:29     Baxış: 4268 A- / A+




Koronavirus infeksiyasından sonra ən çox ölüm ürək-damar sistemi xəstəlikləri ilə bağlıdır. 
Manevr.az xəbər verir ki, bu barədə professor, Rusiya Səhiyyə Nazirliyinin Kardiologiya üzrə Milli Tibbi Tədqiqat Mərkəzinin baş direktorunun müavini Nana Poqosova danışıb. Professor infarkt əlamətləri barədə vacib faktları açıqlayıb. 
"Koronar arteriyanın tromb və ya xolesterin çöküntüləri ilə tıxanması miokarddakı qan axınının dayanmasına səbəb olur. Əgər 30 dəqiqə ərzində qan axını bərpa olunmazsa, miokard hüceyrələrinin bir hissəsi ölür. Bu vəziyyət miokard infarktı adlanır", - həkim bildirib. 
Poqosova xüsusilə infarktın əsas əlamətlərinə diqqət yetirməyi tövsiyə edir:
Sinə ağrısı - çox güclü, qıcıqlandırıcı yanğı döş sümüyündə, sol çiyin və qolda, sol çiyin bıçağının altında, boyun və çənədə hiss oluna bilər. Bəzən bunun əvəzinə güclü sıxılma hissi də olur.
Soyuq tər, solğun dəri.
Başgicəllənmə, şiddətli ölüm qorxusu.

Huşunu itirmək.
Bəzən şiddətli qarın ağrısı, ürəkbulanma və qusma.
Bu vəziyyətdə təcili yardım çağırmaq və xəstədə infarkt əlamətləri olduğunu bildirmək lazımdır. Şəxs oturub ayaqlarını aşağı salmalı, təmiz havaya çıxışı təmin etməli, dar paltarın düymələrini açmalıdır. Nitroqliserin varsa, bir tablet almaq lazımdır. Ağrı keçməzsə, 3 dəqiqədən sonra dilin altına ikinci bir tablet qoyun. Bundan əlavə, bir tablet aspirin qan laxtalanmasını azaltmağa kömək edəcək. (publika.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar