Xəbər lenti
Ürək və şəkər xəstələri üçün müalicəvi SKANDİNAVİYA PƏHRİZİ
Skandinaviya pəhrizi nəinki artıq çəkini azaldır, eləcə də ürək -damar və diabet xəstəliyinə qarşıdır.
Manevr.az bakupost.az-a istinadən xəbər verir ki, Skandinaviya pəhrizində yüksək miqdarda dəniz balıqları, müxtəlif giləmeyvələr, tərəvəzlər, yağsız pendir, kəsmik, eləcə də Rapsa yağı istifadə olunur.
Avropa universitetlərinin alimləri sübut ediblər ki, bu cür qidalanma yaşından və çəkisindən asılı olmayaraq, hər kəsin ürək-damar sisteminə yaxşı təsir edir.
Alimlər yaşı 55-dən yuxarı 200 nəfər insan üzərində eksperiment aparıb. Onların hamısında şəkər və ürək-damar xəstəliyi riski var idi. İnsanları 2 qrupa bölüblər.
Bir qrupa yarım il ərzində Skandinaviya pəhrizi, digərinə isə vərdiş etdikləri qidalanma təyin edilib.
Eksperiment boyu onlardan mütəmadi qan, sidik və s. analizlər götürülüb.
Yarım il sonra hər iki qrupun nəticələrinə baxılıb.
Skandinaviya pəhrizinə əməl edənlərdə qanda şəkər, xolesterin, triqliseridlər normal səviyyəyə düşüb, orqanizm qlükozaya daha yaxşı cavab verib.
Alimlər bu pəhrizin belə təsir etməsinin səbəbini Omeqa 3-6 ilə zəngin olması ilə izah edir.
Doymuş yağ turşuları dəniz balığında, kətan və rapsa yağında boldur.
Eyni zamanda bu pəhrizdə texniki emal olunmuş qidalar demək olar ki, yoxdur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar