Xəbər lenti
Pandemiya bitib - Məşhur həkim
Təklif edirəm ki, COVID-19 pasportu, qapalı yerlərdə maska geyinilməsi, koronavirus uçuş testləri tələbləri və qapalı məkanlarda insanların toplaşma sayındakı məhdudiyyətlər aradan qaldırılsın. Ümumiyyətlə, bütün karantin qadağaları ləğv edilsin. İnsanlara cərimələr yazılmasın! İnsanlar rahat yaşasın! Pandemiya bitib artıq!
Manevr.az xəbər verir ki, bu barədə İstanbul Hospitalın direktoru, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq-həkim Aydın Əliyev deyib.
Həkim hesab edir ki, bir sıra qaydalar aradan qaldırılmalıdır:
“Polislər qapalı məkanlara daxil olub maska taxmayan insanlara cərimə yazırlar. Onları günahlandırmıram, bu qayda var və onlar işlərini görür. Lakin çox insanın maddi çətinliyi var. Bundan da vacib olanı isə odur ki, COVID-19 virusunun ölkəmizdə artıq heç bir təhlükəsi yoxdur. Yoluxma sayı azalıb, ağırlaşma halı da minimum. İnsanların rahat yaşaması üçün şərait yaratmalıyıq. Bütün karantin qaydalarının ləğv edilməsini təklif edirəm.
Azərbaycanda kütləvi immunitet formalaşıb, virus da mutasiya uğrayaraq zəifləyib. Milyonlarla insan peyvəndlənib, yüz minlərlə insan yoluxub və sağalıb. Odur ki, karantin qaydalarının təbiqinə ehtiyac yoxdur. Yayda heç bir təhlükəsi olmayacaq”.
Həkim təklifinin TƏBİB tərəfindən nəzərə alınacağına ümid etdiyini də vurğulayıb:
“Demək olar ki, əksər hallarda nəzərə alınıb. Həkimlər bununla bağlı öz təkliflərini verir, bu, insanların sağlamlığına, əhvalına xidmət edən bir təklifdir”./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar