Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda maska qadağası ləğv olunur?

Tarix: 04-03-2022 18:12     Baxış: 3308 A- / A+



Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, maska taxmaq əslində xəstə adamdan sağlam insana yoluxmasının qarşısını almaq üçün bir vasitədir. Bu infeksiyanın yayılmasının qarşısını almaq üçün görülən tədbirlərdən biri kimi dəyərləndirilir. Amma hazırda omikron ştamının əksər ölkələrdə, o cümlədən Azərbaycanda xeyli insan yoluxdurması kollektiv immunitetə gedən yolu yaxınlaşdırdı. 
Manevr.az xəbər verir ki, bu sözləri professor Adil Qeybulla deyib. 
Bir çox ölkələrin artıq maska qadağasını aradan qaldırmasına münasibət bildirən professor hesab edir ki, pandemiya ilə bağlı bir çox qərarlar yavaş-yavaş aradan qaldırılacaq:

“Omikron ştamının gördüyü rol vaksindən daha təsirli oldu. Bütün bunlar artıq ayrı-ayrı ölkələri maska taxmaq zərurətini nisbətən yumşaltmağa sövq etdi. Bu baxımdan açıq havada, havalandırması olan qapalı məkanlarda maska taxmağa indi lüzum görülmür. Odur ki, ölkələrin maska məcburiyyətini ləğv etməsinə qərar verməsi doğru addımdır. Yəqin ki, Ümumdünya Səhiyyə Təşkilatının bununla bağlı tövsiyələri yaxın vaxtlarda açıqlanacaq və yavaş-yavaş bu qadağalar aradan qaldırılacaq. Azərbaycan da ÜST-ün tövsiyələrinə uyğun hərəkət edir. Güman ki, biz də bu situasiyanı yenidən dəyərləndirib bu cür qərarlar verə bilərik?/publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar