Xəbər lenti
İnsanlar maska taxmaqdan bezib - Həkim
Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Türkiyədə tibbi maska taxmaq məhdudiyyətinin ləğvinə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, pandemiya ilə əlaqədar qoyulan məhdudiyyətlər yavaş-yavaş aradan qaldırılacaq:
"Hər halda Türkiyədə kifayət qədər böyük və inkişaf edən bir səhiyyə var. "Omikron” ştamı demək olar ki, vaksindən çox fəaliyyət göstərdi, yəni kollektiv immunitetin yaranmasında ciddi bir rol oynadı. "Omikron” ştamına vaksin olunan və olunmayanların hamısı xəstələndi. Görünən odur ki, "Omikron” ştamının göstərdiyi perfomansı nəzərə alaraq, belə bir qərar verilib. Qərar hardasa başa düşüləndir”.
Adil Qeybulla bu qərarı vəziyyətə uyğun, pandemiya müddətində əhalinin əsas qismində immunitetin yaranmasını nəzərə alaraq, verilən optimal, adekvat qərar hesab edir.
Qeyd edək ki, Türkiyədə tibbi maska taxmaq məhdudiyyəti ləğv olunub. Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. Artıq açıq havada və havalandırılması olan qapalı yerlərdə maska taxmaq qaydası aradan qaldırılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar