"Həm Azərbaycan, həm də Rusiyada 100 nəfərin iştirakı ilə aparılan araşdırmada preparatların kombinasiyası təhlükəsizliyin optimal profili və dözümlüyünü nümayiş etdirdi ki, bu da "AstraZeneca”, "Sputnik V” və "Sputnik Layt” vaksinlərinin təhlükəsizlik üzrə öncəki klinik araşdırmalarının nəticələri ilə üst-üstə düşür”.
Bu barədə Rusiya Birbaşa İnvestisiya Fondundan bildirilib.
Qurumdan qeyd olunub ki, "AstraZeneca” və "Sputnik V” – "Sputnik Layt” peyvəndlərinin birinci komponentinin kombinasiyası təhlükəsizliyini qiymətləndirən klinik tədqiqatların ikinci mərhələsinin aralıq nəticələri arasında ciddi mənfi hallar aşkarlamayıb.
"Könüllülərin monitorinqi ilk aşıdan sonra 57 gün davam edib və preparatların kombinasiyası üçün yüksək təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Tədqiqat zamanı peyvəndlə bağlı heç bir ciddi mənfi hal aşkar edilməyib”, - tədqiqatın müəllifləri vurğulayıblar.
Tədqiqat çərçivəsində könüllülərə 28 gün fasilələrlə müxtəlif ardıcıllıqla "AstraZeneca” və "Sputnik V” peyvəndlərinin "Ad26-S” komponenti əzələdaxili yeridilir.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar