Almaniyanın Lüdviq-Maksimilian Universitetinin alimləri klonlaşdırılmış donuzlardan xüsusi cins hazırlayırlar, lazım gələrsə, onun ürəyi insana köçürülə bilər.
Manevr.az xəbər verir ki, belə heyvanların ilk nəsli bu il doğulacaq.
Alimlər artıq ölümcül xəstə üzərində belə əməliyyatlardan birini həyata keçiriblər, lakin onlar heyvanların ürəklərinin insan orqanizmi tərəfindən daha təbii şəkildə qəbul edilməsi üçün cinsi dəyişməyi planlaşdırırlar.
Epidemioloq, tibb elmləri doktoru Gennadi Onişşenkonun sözlərinə görə, dünyada transplantasiyaya uyğun ürəklərin axtarışı və daşınması üzrə qlobal şəbəkə mövcuddur: "Bu məsələdə orqanın lazımi yerə çatdırılması ilə yanaşı, uyğunluq da önəmlidir. İndi bu, problemli bir sahədir, çünki uyğun ürəklər kifayət deyil. Burada etik amil də mühüm rol oynayır. Bir qayda olaraq, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən gənclərin ürəkləri belə əməliyyatlar üçün uyğundur".
"İndi biz sinetik biologiyanın yaranması dövründən danışırıq. Bu istiqamətdə daha cəsarətli bir addım transplantasiyaya ehtiyacı olan zəif diferensiallaşdırılmış insan hüceyrələrindən ürəyin yetişdirilməsidir. Əgər donuz ürəklərindən istifadə edə bilsək, hər şey daha asan və daha ucuz olacaq, eyni zamanda daha çox xəstənin həyatı xilas ediləcək", - Gennadi Onişşenko müsahibəsində bildirib.
Alimlər ürəyi insanlara uyğun olan donuzları yetişdirməyi bacarsalar, bu, transplantologiyada əsl inqilab olacaq. Bununla belə, tədqiqatçılar bütün insanlara uyğun orqanlar əldə etməlidirlər. (publika.az)
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar