Ürəyin təbii qocalığı təxminən 75 yaşdan sonra başlayır və tədricən inkişaf edir. Bunu Bakulev adına Milli Tibbi Tədqiqat Ürək-Damar Cərrahiyyə Mərkəzinin prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Leo Bokeriya deyib.
Manevr.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məşhur cərrah həssas insanların başqaları haqqında tez-tez narahat olması səbəbindən ürək-damar xəstəliklərinə daha çox meyilli olması barədə mifi şərh edib. Bokeriya bunun yalan olduğunu bildirib.
"Bir daha deyim ki, aorta qapağının təbii qocalması haradasa 75 yaşdan sonra baş verir. Dərhal yox, 10 il ərzində, yəqin ki, sonra bu qapaq dəyişdirilməlidir", - Leo Bokeriya açıqlamasında deyib.
Həkim onu da qeyd edib ki, COVİD-19 olanlara tənəffüs əzələlərini bərpa etmək üçün hər saat 15 dəqiqə ucadan oxumaq faydalı olacaq.
"Mənim bir üsulum var, bir çox dostlarıma, tanışlarıma xəstələnəndə hər hansı mətni 15 dəqiqə ucadan oxumağı tövsiyə etdim", - Bokeriya RİA Novosti-ya müsahibəsində deyib.
Həkim izah edib ki, koronavirusdan sonra tənəffüs əzələlərinin, o cümlədən qabırğaarası əzələlərin yaxşı işləməsi çox vacibdir. Bokerianın sözlərinə görə, bu üsuldan daha təsirli bir şey təklif edilə bilməz. (publika.az)
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar