Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Onkoloji xəstələr COVID-19 vaksini vurdura bilərmi? - AÇIQLAMA

Tarix: 04-02-2022 13:38     Baxış: 4196 A- / A+
Yaxın zamanlarda əməliyyat keçirən, yaxud əməliyyatdan sonrakı dövrdə olan onkoloji xəstələr vaksinasiya oluna bilməz.
Bu barədə müsahibəsində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, onkoloq Azad Kərimli məlumat verib.
O bildirib ki, həmçinin kimyaterapiya müalicəsi alan, ya da hal-hazırda şüa terapiyası şöbəsində müalicə olunan onkoloji xəstələrə vaksin tövsiyə olunmur:
“Müalicə bitdikdən sonra onlar da peyvənd oluna bilərlər. O cümlədən də pasient uzun müddətdir onkoloji xəstə kimi qeydiyyatdadır, niyə peyvənd olunmasın? Hesab edirəm ki, mütləq COVID-19-a qarşı peyvəndlənməlidir”.
“Yaşından, maddi durumundan və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq onkoloqun görüşünə gələn hər kəs həkimdən dəhşətli bir xərçəng diaqnozu eşitməkdən ən çox qorxur, ancaq onkologiyadan da təhlükəli xəstəliklər var. Bütün dünyada hazırda koronavirus tüğyan edir, o cümlədən də bizim respublikamızda. Hazırda bütün dünya peyvənd olunur. Ölkəmizdə aparılan vaksinasiya prosesi dünyada aparılan uğurlu vaksinasiya kampaniyalarından biridir. Təəssüf ki, bəzən sosial şəbəkələrdə “ekspertlər”in səsləndirdiyi əsassız fikirlər insanları çaşdırır. Hesab edirəm ki, vətəndaşlar rəsmi səhiyyə qurumlarını təmsil edən ekspertlərin tövsiyələrinə əməl etməlidirlər. Sürətlə yayılan virusdan qurtulmaq istəyiriksə, vaksinasiya prosesində aktiv iştirak etməliyik”, - deyə baş onkoloq qeyd edib./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar