Xəbər lenti
Yoluxanların sayı 7 minə yaxınlaşır, 24 nəfər öldü

Manevr.az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilir ki, son sutka ərzində analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 670 min 313 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 630 min 727 nəfər müalicə olunaraq sağalıb, 8 min 779 nəfər vəfat edib. 30 min 807 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 min 797, bu günə qədər isə ümumilikdə 6 milyon 191 min 130 test icra olunub.
Son sutkada koronavirus əleyhinə 36 min 866 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 62, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 412, buster doza üzrə vaksinasiya olunanların sayı isə 32 min 392 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 milyon 75 min 995, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 236 min 758, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 745 min 6, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 milyon 94 min 231 təşkil edir.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar