Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Omikron”a yoluxma halında lazım olan dərmanlar - ADLAR

Tarix: 30-01-2022 13:39     Baxış: 4304 A- / A+


“Omikron”a yoluxma halında lazım olan dərmanlar - ADLAR
Rusiyanın əməkdar həkimi Mixail Kaqan "omikron”un ilk simptomları aşkar edildikdə lazım olan dərmanlar barədə danışıb və evdəki ilk tibbi yardım dəstində lazım olan preparatları açıqlayıb.
Manevr.az  "oxu.az"a istinadən xəbər verir ki, mütəxəssis temperaturun 38 dərəcədən çox qalxdığı zaman qızdırmasalıcı dərman qəbul etməyə başlamağı tövsiyə edib.
"Onlardan ən təhlükəsizi parasetamol və ibuprofen əsasında hazırlanan dərmanlardır. Aspirinlə isə diqqətli olmaq lazımdır. Uşaqlar üçün isə ümumiyyətlə əks göstərişdir”, - deyə o bildirib.
Şiddətli burun tıxanıqlığı üçün dərmanlar arasında ekspert vazokonstriktor spreylərdən, damcılardan və burun yuma məhlullarından istifadə etməyi məsləhət görüb.
"Selikli qişaların şişkinliyini azaltmaq üçün (burun "sıx tıxanmış” kimi hiss olunur) aptekdən hipertonik məhlullar, selikli qişaları və iltihab məhsullarını yumaq üçün isə izotonik məhlullar istəmək lazımdır”, - deyə Kaqan izah edib.
Boğazdakı ağrıları aradan qaldırmaq üçün həkim qarqaraları (məsələn, "furatsilin”lə) məsləhət görüb.
Bundan əlavə, mütəxəssis qışda "D” vitamini qəbul etməyin vacibliyini qeyd edib.
"D” vitamininin tez təsir göstərmədiyini başa düşmək vacibdir. Əvvəldən və uzun müddətə istifadə olunmalıdır. Demək olar ki, hamımızın qışda onu içməyə ehtiyacı var, çünki biz aşağı insolyasiya şəraitində yaşayırıq. Əgər onu qəbul etməsəniz, immunitet reaksiyaları azala bilər, hər hansı bir xəstəlikdən qorunma zəifləyə bilər”, - deyə Kaqan sözlərini yekunlaşdırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar