Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Meyvə qurularının inanılmaz faydaları

Tarix: 23-01-2022 12:18     Baxış: 3217 A- / A+

Meyvə qurularının insan orqanizminə saysız faydaları var. Bu səbəbdən həkimlər çayla şirniyyat yemək əvəzinə, meyvə qurularından istifadə etməyi məsləhət görürlər.
Manevr.az xəbər verir ki, alma qurusu astma və ürək xəstəliklərinə qarşı qoruyucudur. Tərkibindəki zəngin lif sayəsində bağırsaqları təmizləyir. A, B və E vitaminləri, həmçinin kalium, kalsium və maqnezium mineralları ilə zəngin olduğu üçün maddələr mübadiləsini sürətləndirməkdə və həzm prosesini asanlaşdırmaqda faydalıdır.
Alça qurusu kaliumla çox zəngindir. Həzmi asanlaşdırır, stresin və şəkər xəstəliyinin qarşısını alır, fiziki inkişafa kömək edir, görmə qabiliyyətini gücləndirir və s.
Tutda kalsium, kalium və dəmir mineralları, həmçinin B1, B2 və C vitaminləri daha çoxdur. Ağ tut qızdırmanı aşağı salır. Qara tut isə ağız və boğaz xəstəliklərində müsbət təsir göstərir.
100 qram əncir qurusu orqanizmin gündəlik kalsium ehtiyacını ödəyir. Həzmi asanlaşdırmaqla yanaşı, orqanizmi bakteriyalardan qoruyur. Tərkibində yüksək miqdarda kalsium və fosfor olduğu üçün sümük və dişləri xəstəliklərdən qoruyur.
Üzüm qurusu - kişmiş karbohidrat, A, B1, B2, C vitaminləri, eyni zamanda kalium, kalsium, natrium və dəmir mineralları ilə zəngindir. Əsl enerji mənbəyidir.
Gavalı qaxı B1, B2, B3, B6, A, C və E vitaminləri, dəmir, kalsium, fosfor, maqnezium, kalium, natrium və manqan mineralları baxımından olduqca zəngindir. Bədənə qidalar sayəsində alınan dəmirin sovrulmasını artırır. Bu xüsusiyyəti ilə dəmir əskikliyində də quru gavalıdan faydalanmaq olar. Beyin yorğunluğunda, qaraciyər şişməsini qarşısını almaqda, revmatizmalarda, damar sərtliyinə, qida zəhirlənmələrində faydalıdır. Yüksək bir lif qaynağıdır. Xərçəng və ürək xəstəliklərinə qarşı qoruyucu təsiri var. Araşdırmalara görə, qırmızı gavalının yaşıl gavalıya nəzərən daha çox antioksidan ehtiva etdiyi məlum olub.
Armud qaxı A, B1, B2, B5, PP ilə zəngin bir kompozisiya sayəsində tonik, bəlğəmgətirici, antipiretik və fiksasiyaedici kimi istifadə edilə bilər. Bu məhsulun digər faydalı xassəsi mədə şirəsinin turşuluğunu artıraraq həzmi yaxşılaşdırmaqdır./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar