Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

İdmanla məşğul olmaqla şəkər xəstəliyinin qarşısını almaq olar?

Tarix: 09-01-2022 15:06     Baxış: 3228 A- / A+
İdmanla məşğul olmaqla şəkər xəstəliyinin qarşısını almaq olar?
Arıqlamaq və idmanla məşğul olmaq şəkərli diabet riskini azaldır.
Bir neçə kiloqram çəki itkisinin və 2 il idmanla məşğul olmağın 2-ci tip diabet (insulindən asılı olmayan) riskini yarıbayarı azaltdığı məlum olub.
“Diabetes Times” saytının məlumatına görə, Norfolk Diabetin Qarşısının Alınması Araşdırması tərəfindən aparılan tədqiqatın nəticələri "JAMA Interior Medicine" jurnalında yayımlanıb. Diabetə səbəb ola biləcək aşağı qlükoza rezistentliyi olan mindən çox insanı araşdırma çərçivəsində 8 il izlənib. Mütəxəssislər, bu müddət ərzində 2 və ya 3 kiloqram arıqlayıb, 2 il fiziki aktivliyini artıraraq həyatlarında ağlabatan dəyişiklik edənlərdə 2-ci tip diabet riskinin 40-47 faiz arasında azaldığını müşahidə ediblər.

Alimlər bu tədqiqatın 2-ci tip diabetin qarşısının alınmasında əhəmiyyətli bir təsir göstərəcəyini vurğulayıb.
Beynəlxalq Diabet Federasiyasının məlumatlarlna görə, ötən il dünyada 463 milyon yetkin insan diabet xəstəsi kimi qeydiyyatda olub. Bu rəqəmin 2045-ci ildə 700 milyona çatacağı gözlənilir.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar