Xəbər lenti
Ömrümüzün sonuna kimi hər 6 aydan bir peyvənd vurduracağıq? - Professordan açıqlama
“Koronavirus RNT tərkibli olduğundan sürətlə mutasiyaya uğrayır. Təbii ki, hər bir mutagen forma yeni ştamm və xassə qazanır”.
Manevr.az xəbər verir ki, yenisabah.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
O əlavə edib: “Azərbaycanda “Sinovac” şirkətinə məxsus “Coronavac”la kütləvi peyvəndləmə həyata keçirilib. Vaksinasiyanın spesifiklik, həssaslıq və effektlik göstəriciləri haqda birmənalı rəy demək çətindir. Çünki araşdırma zamanı xeyli insanda antikor testi aşağı çıxıb. Buna görə bəzi şübhələr yaranıb”.
Həkimin sözlərinə görə, hər 6 aydan bir peyvəndin yenilənməsi vacibdir:
“Rusiya artıq koronavirusa qarşı vaksinasiyanı milli təqvimə salıb. Hər il bu kampaniyanın təkraralanması zərurəti var. Bu baxımdan, nəinki “buster doza”, hətta ikinci peyvəndləmə kampaniyası məqsədəuyğun və zəruridir.
Peyvənd seçimi də var. İnsanlar təkrarən peyvənd vurdursalar, daha yaxşı olar. Çünki virus yayılmaqdadır. Nə qədər çox immunizasiya olarsa, o qədər yaxşı kollektiv immunitetə sahib olarıq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar