Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaqlar arasında yayılan virus “Delta plus” ştammıdır - AÇIQLAMA

Tarix: 28-12-2021 14:48     Baxış: 4239 A- / A+
Uşaqlar arasında yayılan virus “Delta plus” ştammıdır - AÇIQLAMA

Rəsmi rəqəmlərdə koronavirusa yoluxma sayında azalma müşahidə edilir. Amma ətrafımızda olan uşaqdan - böyüyə, bir çoxunda yenidən koronavirus əlamətinə şahid oluruq. Yüksək temperatur, öskürək, halsızlıqdan şikayət edənlər koronavirusa, yoxsa mövsümi qripə yoluxub?
Virusa yoluxan şəxs niyə test verməkdən imtina edir?

Manevr.az bildirir ki, modern.az-ın suallarına cavab verən həkim-infeksionist İlahə Vəliyeva bildirib ki, bu əlamətləri olan şəxs test versə belə, cavab neqativ olacaq.

Onun sözlərinə görə, əvvəllər belə olanda cavab pozitiv çıxırdı:
"Səbəb isə "Delta” və "Delta plus” ştammının reaktivinin olmamasıdır. Yeni ştammın reaktivi olmadığına görə verilən bütün testlərin cavabı neqativ olacaq. Əgər reaktivi olsaydı, test verən şəxs doğru cavabı əldə edə bilərdi. Koronavirisun mutasiyaya uğrayan hər yeni növünün özünün reaktivi olmalıdır. İnkişaf etmiş ölkələrin çoxunda yeni variantın özünün reaktivi olduğuna görə onlarda statistika dəqiq qeydə alınır. Yeni ştammın reaktivi nəinki Azərbaycanda, MDB ölkələrinin çoxunda yoxdur”.

Həkim-infeksionist qeyd edib ki, hazırda aparılan testlər koronavirusun mutasiyadan öncəki formasının reaktividir:

"Gələn xəstələrin 80 faizi boğaz ağrısı, qızdırma, öskürəklə, "Delta” və "Delta plus” ştammının əlamətləri ilə müraciət edirlər. Hazırda bu cür əlamətlərlə müraciət edən xəstələri qripin əlaməti kimi müalicə edirik. Çünki tipik qripə bənzəyir. Boğaz ağrısı, qızdırma, çox vaxt öskürək ciyərlərə keçmir, quru olur. Bu müalicələrin də effektini görürük”.

İ.Vəliyeva açıqlamasında bildirib ki, son bir ayda məktəb və bağça yaşlı uşaqlar arasında yayılan virusun "Delta plus” ştammı olduğu hesab edilir:

"Uşaqlarda da bunu qripin bir forması kimi müalicə edirik. Reaktivi olmadığı üçün biz ona COVID-19-un bir forması kimi diaqnoz qoya bilmirik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar