Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaqlar arasında xəstəliklərin yayılmasının səbəbləri açıqlanıb

Tarix: 22-12-2021 16:30     Baxış: 4240 A- / A+

“Məktəb və bağçaların açılması, ünsiyyət mühitinin genişlənməsi uşaqlar arasında xəstəliklərin artmasına səbəb olub. Çünki bu zaman üst və aşağı tənəffüs yolları infeksiyaları aktivləşir”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.
O qeyd edib ki, bəzən uşaqlar xəstə olduğu zaman ətrafındakıları da tez bir zamanda yoluxdururlar: “Əlamətlər əsasən qızdırma, öskürək, burun axıntısı, halsızlıq, iştahsızlıq kimi özünü büruzə verir. Valideynlər övladlarının mütəmadi şəkildə xəstələnməsindən çox narahat olurlar. Əslində uşaqlar fərqli viruslara yoluxur, sadəcə əlamətlər eynidir. Təbii ki, uşaqlar da koronavirusa yoluxa bilər. Amma onların mövsümi xəstəlikləri COVID-19 deyil”.
Nazirlik rəsmisi bildirib ki, pandemiya dövründə bəzi valideynlər övladlarını peyvənd etdirməkdən ehtiyat edirdilər: “Hətta etdirilməsi mütləq olan peyvəndlər gecikdirilir. Bu səbəbdən və ünsiyyət artdığından xəstəliklərə yoluxma ehtimalı da artmış olur. Qızılca və digər təkrar artma təhlükəsi olan xəstəliklərə yenidən rast gələ bilərik. Odur ki, buradan valideynlərə səslənirəm ki, bütün peyvəndləri vaxtında vurdursunlar. Xüsusilə də qrip virusuna qarşı peyvənd vurulmalıdır. Bu peyvəndi 6-cı aydan sonra vurdurmaq mütləq şəkildə tövsiyə olunur”.
E.Rəhimovun sözlərinə görə, ilk 6 ayda körpələrdə tez-tez xəstələnmə müşahidə olunmur: “Çünki həmin müddətdə anadan körpəyə cift yolu ilə keçən qoruyuculuq olur. 6-cı aydan sonra qoruyucu funksiyalar azalır. Ana südü də körpələri qoruyur. 6 ay-2 yaş müddətində ünsiyyət artır və nisbətən tez-tez xəstələnmə olur. Bu müddətdə ayda iki dəfə xəstələnmə normaldır. Ən pik xəstələnmə göstəricisi bağça yaşlarında - 2-5 yaşda qeydə alınır. Lakin xəstələnmə tezliyinin səbəbini araşdırmaq lazımdır. 6 yaşdan yuxarı uşaqlarda isə xəstələnmə tezliyi aşağı düşür”./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar