Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

3 yaşdan yuxarı uşaqlara qızdırma salan şamlar istifadə etməyin – ŞOK SƏBƏB

Tarix: 16-12-2021 17:36     Baxış: 4384 A- / A+


Çox zaman valideynlər qızdırmanı salmaq üçün dərman içmək istəməyən uşaqlara asan yol olaraq bağırsağa daxil edilən analoji təsirli şamlardan istifadə edirlər. Bu presudura da 3 yaşdan yuxarı uşaqlar sakit yanaşmır. Bir çox həkimlər və psixoloqlar uşaqlar məcburi hər hansı şam daxil edilməsinin psixoseksual mənfi təsiri barədə xəbərdarlıq edib.
Manevr.az xəbər verir ki, həkim pediatr Aytən İsmayılzadə də analara xəbərdarlıq edib.
“Çox vaxt bu mövzu qarşısında "bəs üzərində 3-12 yaş yazılan şamlar var" cavabı ilə qarşılaşıram. Bəli, var. Amma o şamlar iflic xəstəliyi, yataq xəstəsi, əqli geriliyi, udma problemi olan uşaqlar uçun nəzərdə tutulur ki, onlara dərmanı içirtmək çətin olur, bəzən mümkün olmur.
3 yaşdan sonra uşaqlar artıq özünü tanıyır, özünün və qarşısındakının cinsini bilir, öz cinsinə aid olan uşaqlarla oynayır, öz cinsinə aid obrazlara (ata ya ana) girir. 5-6 yaş uşaqlarda utanc hissi formalaşır, başqa uşaqların, tanımadığı insanların yanında çılpaq görünmək istəmir.
7-8 yaş uşaqlar ayaqyolundan istifadə sonrası öz gigiyenası ilə özü məşğul olur. Özləri tək çimmək istəyir. Uşaqları əzizləyərkən, öpərkən valideynə belə, izacə verilən və verilməyən nahiyələr olur (bu haqda sonra - məsələn, uşağın dodağından deyil, alnından öpmək kimi)
Bütün bunların yanında bir də hərarəti, xəstəliyi bəhanə edib və bu xəstəliyə aid olmayan yerdən uşağın istəyinin əksinə olaraq, müdaxilə etmək zorakılıq kimi bir şeydir. Psixoseksual sferaya müdaxilə o deməkdir, ki biz uşaqla bərabər inkişaf edən, amma gizli qalmalı olan intim mərhələləri pozuruq. Hər ay, hətta ayda bir neçə dəfə hərarəti qalxan uşaqlara davamlı şamlardan istifadə etmək davamlı psixoseksual müdaxilə deməkdir.
Çalışın vacib olmadıqca, 3 yaşdan sonra anal, genital bölgəyə müdaxilə etməyəsiniz. 3 yaşa kimi uşaqlar bunun fərqində olmur. Onlar Freydə görə, inkişafın anal həzz mərhələsində olurlar.
Ehtiyac olmadıqca, məcburi imalə proseduruna müraciət edənlər üçün də mövzu eynidir.
"Axı şam ilə hərarət tez düşür " rəyini yazanlara umumi cavabım: O zaman siz uşağınıza psixoseksual mudaxilə etməyə davam edin”.ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar