Xəbər lenti
Mikrobioloq uşaqların COVİD peyvəndinə qarşı çıxdı və səbəbini izah etdi
Rusiya Elmlər Akademiyasının akademiki, mikrobioloq Vitali Zverev uşaqların koronavirusa qarşı peyvəndlənməsiylə bağlı narahatlığını bildirib. Onun sözlərinə görə, uşaqlar ümumiyyətlə fizioloji xüsusiyyətlərinə görə xəstəliyi yüngül formada keçirirlər.
Octagon.Media portalı xəbər verir ki, Zverev yetkinlik yaşına çatmayanlarda koronavirusun qarşısının alınması üzrə ekspert şurasında deyib: "Onların burun-udlağında böyük miqdarda virus yığılmır, ona görə də onu geniş şəkildə yaya bilməzlər".
Eyni zamanda, ekspert covidin bəzi uşaqlar üçün ölümcül ola biləcəyi riskini də inkar etmir. Bununla belə, söhbət ağır xroniki xəstəliklər, onkoloji, şəkərli diabet, otoimmun xəstəlikləri olan uşaqlardan gedir.
Zverev hər altı aydan bir həyata keçirilməsi planlaşdırılan kovid peyvəndlərinin əleyhinə danışıb və bunun sayəsində digər təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndlərin bütün təqviminin pozulacağını vurğulayıb.
Mikrobioloq xatırladıb ki, uşaqlıq peyvəndlərinin təqvimində rotavirus infeksiyası və suçiçəyinə qarşı peyvəndlər hələ də yoxdur, bu peyvənd bütün dünyada, hətta Afrikada da aparılır. "Uşaqların bu xəstəliklərdən ölüm nisbəti koviddən daha yüksəkdir", - deyə alim xəbərdarlıq edib.
O, həmçinin təhlükəsizliyinə 100% inamı olan dərman olanda uşaqlarda kovid peyvəndi haqqında düşünmək mümkün olacağı fikrini bildirib: "Sputnik peyvəndinə qalanda, koronavirus genindən əlavə, o özündə bütöv bir adenovirus da daşıyır. Biz ilk növbədə, böyüklərin peyvəndlənməsinin necə bitəcəyini gözləməliyik".qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar