Xəbər lenti 
					
 
		Yüz minlərlə insanı ölümdən qurtaracaq dərman tapıldı

Manevr.az xəbər verir ki, tədqiqat “Science” elmi jurnalında dərc olunub.
Mütəxəssislər deyirlər ki, yeni molekul zülal sintezini idarə edən biomolekulyar mexanizm olan bakterial ribosomlara bağlanma qabiliyyətini nümayiş etdirir.
Ribosom funksiyasının pozulması bir çox antibiotiklərin əlaməti olaraq qalır. Amma bəzi bakteriyalar preparatın komponentlərini bloklayan fermentlər ifraz etməyi öyrəniblər.
“Kresomisin” ribosomu etibarlı şəkildə bağlayan və onun funksiyalarını yerinə yetirməsinə mane olan xüsusi bir molekul forması sayəsində bu müdafiəni keçib və nəticədə bakteriya məhv edilib.
““Kresomisin” və oxşar dərmanların insanlarda təhlükəsiz və effektiv olub-olmadığını hələ bilməsək də, nəticələrimiz hər il bir milyondan çox insanın həyatına son qoyan patogen bakteriya ştamlarının uzun siyahısına qarşı əhəmiyyətli dərəcədə yaxşılaşmış inhibitor fəaliyyəti göstərir”, – deyə tədqiqatın aparıcı müəllifi olan professor Endryu Myers bildirib.referans.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















