Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Balqabaq min dərdə dərman imiş

Tarix: 17-02-2024 12:11     Baxış: 4185 A- / A+


Balqabaq min dərdə dərman imiş
Faydalı maddələr baxımından balqabaq digər tərəvəz növlərini xeyli dərəcədə qabaqlayır. Mütəxəssislər deyir ki, balqabağın tərkibində su, sellüloza, azotlu maddə, yağ, vitaminlər, zülal və s. var. 
Manevr.az-ın xəbərinə görə, o, ən yaxşı pəhriz yeməyi hesab olunur. Bağırsaq  və mədə xəstəliyindən əziyyət çəkənlər üçün suda qaynadılmış balqabaq ən yaxşı qidadır. Qəbizliyi aradan qaldırır, zəngin tərkibi ilə fayda verir. Uşaqlar üçün balqabaq püresi əvəzolunmaz yeməkdir.
Balqabaq xüsusilə, şəkər diabetli və ürək xəstələri üçün faydalıdır. Balqabaqda mövcud olan çoxsaylı pektin maddələri orqanizmdən toksik maddələrin və çoxsaylı xolesterinin xaric edilməsinə kömək edir. Təbabətdə balqabaq yumşaldıcı xassəyə malikdir. Susuzluğu aradan qaldırır. Bişmiş balqabaq qızdırma və öskürəkdə effektli təsirə malikdir. Balqabaq mürəbbəsi beyin fəaliyyətini qüvvətləndirir.

Balqabağın ən önəmli xüsusiyyəti çox yüksək miqdarda beta-karoteinlə zəngin olmasındadır. Karotein dəri toxumalarını yeniləyən vitamindir. İmmunitet sisteminin güclənməsi üçün beta-karotein əsasdır. İmmunitet sistemi bizi xərçəng və bir sıra xəstəliklərdən qoruyan ən önəmli müdafiə sistemidir. Balqabaqda dəmir, kalium, sodium, fosfor, kalsium və maqnezium var. Tərkibindəki dəmirə görə qanazlığının qarşısını alır. Balqabaq qandakı yağ nisbətini aşağı salır, ən güclü antioksidantların bir çoxu balqabağın tərkibindədir. Özündən əlavə onun yağı və tumu da çox faydalıdır. 
Ondan müxtəlif  desertlər, yeməklər hazırlanır.
Səhərlər çiy balqabaq şirəsi içmək mədə-bağırsaq sistemini gücləndirir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar