Manevr.az xəbər verir ki, LOR həkim Asiyat Zirkuyeva sözü gedən halın daha çox qışda, hava soyuyanda artdığını bildirib.
“Quru və soyuq hava selikli qişanın quruması və damarların, kapilyarlarıln partlamasına səbəb olur. Burunu təmizləyəndə, fınxıranda qan açılır.
Yerli faktorlardan əlavə, burunla əlaqəsi olmayan digər səbəblər də var. Bədəndə A, C, K vitamini çatışmadıqda, yüksək təzyiq, qan durulması, başda təzyiq, qaraciyərdə problem və s.
Bəzi qan xəstəliklərində və laxtalanma pozulduqda, leykemiyalarda burundan tez-tez qan açılır. Sirroz və hepatitlərdə də kapilyarlar partlayır.
Aspirin, qandurulducu, bəzi dərmanlar və çox isti havada və ya havanın təzyiqi dəyişəndə də burundan qan açılır. Xarici amillər olmadan tez-tez burundan qan gəlirsə, mütləq müayinə olunun”.“Medicina”