Xəbər lenti 
					
 
		Uroloq ən zərərli qidaları açıqladı
"Ən zərərli qidalar çipslər və hisə verilmiş kolbasalardır, onların tərkibində ən çox kanserogen var. Şəkər və duz daha az zərərli deyil, lakin onlardan tamamilə imtina etmək qeyri-mümkündür, gündəlik dozalara və miqdara nəzarət edin", - həkim Gazeta.ru-ya açıqlamasında qeyd edib.
Ekspert içkilərdən də danışıb. Onun sözlərinə görə, gündə bir litrdən az maye içsəniz, öd daşı xəstəliyi və qanın qatılaşması riski ciddi şəkildə artır. Güclü spirt isə beyin neyronları üçün çox təhlükəlidir, çünki o, neyrotoksik zəhər kimi çıxış edir. Bundan əlavə, həkim oturaq həyat tərzinin təhlükələrini xatırladıb. Onun sözlərinə görə, çanaqda qanın durğunluğu prostatitə, adenoma və hemoroid, həmçinin qadınlarda uşaqlıq miomasını təhrik edir. Uzun müddət cinsi əlaqədə olmamaq da təhlükəlidir, çünki çanaq orqanlarının xəstəliklərini artırır.
45 yaşdan sonra həkim insanları ən azı iki ildə bir dəfə müayinədən keçməyi tövsiyə edib. O, qeyd edib ki, erkən diaqnoz və müayinə sayəsində ürək, qaraciyər və böyrəklərlə bağlı problemlərin qarşısını almaq olar.publika.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















