Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Həmid Herisçinin son durumu - Xanımı danışdı

Tarix: 27-01-2024 15:23     Baxış: 4197 A- / A+

Özü ilə danışdım. Bu gün səsi daha yaxşı gəlir.
Manevr.az xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında Həmid Herisçinin həyat yoldaşı İlhamiyyə Rza deyib.
O, Həmid Herisçinin qızılcaya yoluxduğunu və ciddi həkim nəzarətində olduğunu bildirib:
"Hazırda Məhəmmədi kəndindəki modul tipli xəstəxanadadır. Danışarkən xəstəxanaya getdiyinin yaxşı qərar olduğunu dedi. Çünki evdəki müalicələri effekt vermirdi. Əksinə daha da pisləşmişdi. Vəziyyəti çox pis idi. Ona görə də çox təlaşlanmışdım. Bir həftə olar ki, Həmid bəy yüksək qızdırmadan əziyyət çəkir. Biz bunu qrip bilirdik, lakin qızılca imiş. Evdə özümüz onu müalicə edirdik. Etdiyimiz müalicə doğru olsa da, tam deyildi. Xəstəxanada daha intensiv müalicə alır".
İlhamiyyə Rza həyəcanının azaldığını və sakitləşdiyini vurğulayıb:
"İnanıram ki, həyat yoldaşım əmin əllərdədir. Ona xüsusi qayğı göstərirlər. Həmid dedi ki, xəstəxanada hamı üçün şərait, diqqət yüksək səviyyədədir. Və mənə "əmin ol, əmin əllərdəyəm" dedi. Dünən yaxşı deyildi, çox şükür, bu gün yaxşıya doğru irəliləyiş var. Bu da sevindiricidir".
Qeyd edək ki, 1960-cı il təvəllüdlü Həmid Herisçi yanvarın 26-da saat 18:15 radələrində qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədidəki modul tipli xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən verilən məlumata görə, ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir.
Pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar