Bəs pis qoxular hansı xəstəliklərdən xəbər verir?
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı Sfera.az-a danışan həkim Nəsibə Abbasova bildirib ki, adi qoxu birdən-birdən kəskin qoxuya çevrilərsə, bu, orqanizmin kimyəvi tərkibindəki dəyişikliyi göstərir.
“Bu cür siqnalları gözardı etmək olmaz. Əgər insandan turş qoxu gələrsə bu, həmişə xəstəlik əlaməti deyil. Bol ədviyyatlı yemək yedikdən sonra da bu qoxu müşahidə edilə bilər. Bəzən isə bu qoxu tireotoksikozun əlaməti ola bilər. Belə ki, orqanizmə trieot hormonlarının sintezi artır və tər hüceyrələri aktivləşir”.
“Bu qoxu böyrək və qaraciyər xəstəliklərindən xəbər verir. Bu iki orqandan biri düzgün işləmirsə bu zaman bədən, toksinləri tərlə çıxarmağa başlayır. Əgər ağızdan amonyak iyi gəlməyə başlayıbsa, bu, mədə xorası yaradan helicobacter pyloridən xəbər verir. Sirkə qoxusu isə bədəndə yağların parçalanması nəticəsində meydana gəlir. Sirkə qoxusu diabet xəstəliyinin də əlaməti ola bilər. Mədə altı vəzi insulin istehsal etmədiyi üçün beyində qlükoza çatışmır və o yağları parçalamaq üçün siqnallar göndərir. Balıq qoxusu da genetik xəstəliklərin göstəricisidir. Bu qoxunun qaynağı vaginadakı bakterial infeksiya ola bilər. Bu qoxu əsasən cinsi orqanlarda meydana gəlir”.
Həkim son olaraq əlavə edib ki, qoxulara biganə yanaşmaq olmaz. “Hər bir qoxunun səbəbini araşdırmaq və mütləq həkimə müraciət etmək lazımdır”.