Xəbər lenti 
					
 
		Çaya limon əlavə etmək zərərlidir?

Çaya limon əlavə etmək həm dad, həm də sağlamlıq baxımından bir çox faydaları təmin edir.
Manevr.az xəbər verir ki, çay tərkibindəki tanin adlı maddə sayəsində dəmirin orqanizm tərəfindən sorulmasını azaldır.
Bu, dəmir çatışmazlığı kimi problemə səbəb ola bilər. Lakin çaya limon əlavə olunduqda limonun tərkibindəki C vitamini sayəsində dəmirin orqanizm tərəfindən sorulması artır. Vitamin C dəmirin həzm sistemindən qana keçməsini asanlaşdırır. Bu, dəmir çatışmazlığının qarşısını almağa kömək edir.
Limon həm də çəki idarə etməyə kömək edir. Bundan əlavə, limonlu çay maddələr mübadiləsini sürətləndirir və iştahı azaldır. Bu, arıqlamaq istəyənlər üçün faydalıdır. Pəhriz saxlayanların seçimi də limonlu çay ola bilər.
Limon immunitet sistemini gücləndirən meyvədir. Limonlu çay tərkibindəki C vitamini, antioksidantlar sayəsində orqanizmi xəstəliklərdən qoruyur.
Limonlu çay infeksiyalara qarşı mübarizə aparır, qızdırmanı azaldır, soyuqdəymə, qrip kimi qış xəstəliklərinə yaxşı təsir edir.cebhe.info
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















