Xəbər lenti
“Səhiyyə sisteminin transformasiyası çərçivəsində əczaçılıq sektorunun rəqəmsallaşdırılması” layihəsinin təqdimatı keçirilib

Tədbirdə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri Andrey Sipilin, Milli Məclisin Səhiyyə Komitəsinin üzvləri, həmçinin Səhiyyə Nazirliyi və nazirliyin tabeliyində olan qurumların, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN” Xidmət), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Əczaçılar Klubu İctimai Birliyinin, iri farmakologiya şəbəkələrinin, özəl klinikaların və Mərkəzi Rayon Xəstəxanaların rəhbər şəxsləri iştirak ediblər.
Bu barədə Manevr.az-a açıqlama verən Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli bildirdi ki, Rəqəmsal Səhiyyə ekosisteminin başlıca məqsədi vətəndaşlara keyfiyyətli, təhlükəsiz, etibarlı səhiyyə xidmətlərinə əlçatanlığın təmin edilməsidir. Rəqəmsal Səhiyyənin inkişafı vətəndaşın sağlamlıq tarixçəsi ilə bağlı müfəssəl məlumatları, o cümlədən xəstəliklər və müasir müalicə üsullarını vahid rəqəmsal platforma üzərində birləşdirərək bütün tibb müəssisələri üçün onlayn formatda əlçatanlığı təmin edəcək.
İctimai təqdimatda əvvəlcə rəqəmsal səhiyyəyə dair videoçarx nümayiş olunub.Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda sosialyönümlü siyasətin aparılmasını giriş sözündə vurğulayan səhiyyə naziri Teymur Musayev bildirib: “Dövlət başçısının rəhbərlik etdiyi son 20 il ərzində rəqəmsal hökumətə keçidin sürətləndirilməsi, iqtisadiyyatın diversifikasiyası üzrə ardıcıl tədbirlərin görülməsi ölkəmizin regionda aparıcı söz sahibi kimi tanınmasını şərtləndirib”.

“Bu gün Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış Elektron resept sisteminin və mobil tətbiqin, eləcə də “Təqib və izləmə sistemi”nin təqdimatı keçirilir. Hər iki informasiya sistemi əczaçılıq sektorunun rəqəmsallaşdırılması tədbirləri çərçivəsində “Dərman vasitələri haqqında Azərbaycan Respublikası Qanunu”na edilən əlavə və dəyişikliklərə uyğun olaraq hazırlanıb. Perspektivdə göstərilən dövlət xidmətlərindən məmnunluğun artırılması və keyfiyyətli tibbi xidmətlərin təmin edilməsi məqsədilə səhiyyənin rəqəmsal transformasiyası tədbirləri davam etdiriləcək”, - deyə Teymur Musayev fikrini tamamlayıb.
Tədbir çərçivəsində rəqəmsal səhiyyə və “E-resept”ə dair videoçarxlar nümayiş olunub. Elektron resept sistemi həkim, pasiyent və əczaçılar üçün bir platforma üzərindən reseptlərin idarə olunması məqsədilə hazırlanan bir sistemdir. Eyni zamanda, E-resept vətəndaşların tibbi məlumatlarına əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini təmin edir.
Nigar Nəriman
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar