Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Soyuq havalarda insan orqanizmində bu dəyişikliklər baş verir

Tarix: 14-01-2024 18:01     Baxış: 3204 A- / A+

Soyuq havalarda insan orqanizmində bəzi dəyişikliklər baş verir. Onlardan biri budur ki, insan dodaqlarını tez-tez dili ilə isladır, çünki quru və soyuq havada dodaqlar tez tez quruyur. Sadəcə ağız suyu tez buxarlanır, amma içərisindəki fermentlər buxarlanmır və dodaqların üzərində qalaraq çatlar əmələ gətirir.
Manevr.az xəbər verir ki, bu sözləri reanimatoloq və anestezioloq Şahin Məmmədov deyib. Qarın insan bədəninə təsirindən danışan mütəxəssis əlavə edib ki, dişlərdə əvvəlcədən olan problemlər xüsusilə soyuq aylarda üzə cıxır. Karies olan dişə soyuq su dəydikdə necə ağrı hiss etdiyinizi xatırlayın.
"Həmçinin miqren ağrıları da soyuq havalarda artır. Soyuqdan isti evə girmək və əksinə isti evdən soyuq havaya çıxmaq, həmcinin soyuq havalarda artan susuzluq miqreni tətikləyir.Kimdə şəkərli diabet varsa, soyuq havalarda qanda qlükoza miqdarı artacaq. Çünki soyuq bizim üçün stress faktorudur. Stress hormonu olan kortizol insulinə qarşı rezistentliyi artırır. Şəkər xəstələri özlərinə nəzarəti artırmalıdırlar.
İnsanlarda susuzluğa qarşı hissiyyat azalır. Nəticədə dehidratasiya riski artır. Susuzluq+ quru soyuq hava dərini daha da qurudur. Bu xüsusən üz nahiyəsində, əllərdə qırışların əmələ gəlməsinə səbəb olur.
Dəri altında boz piy toxuması artır. Ağ piy toxuması insanın ehtiyyat enerji mənbəyidirsə, boz piyin əsas funksiyası istilik əmələ gətirməkdir. Boz piy toxuması insanı soyuğa qarşı davamlı edir, lakin insanlarda çəkinin artmasına səbəb olur".
Mütəxəssis qeyd edib ki, soyuqda əzələlər daim gərgin vəziyyətdə olur, onlara qan axını zəifləyir:
"Əzələlər soyuq və az elastik olur. Əgər idman edirsizsə, sizin travma almaq ehtimalınız yüksəlir.
Soyuq havalarda insanlar qapalı yerlərə çəkilir. Məsələn, avtobusda gedərkən pəncərəni kip bağlayırlar. Nəticədə hava damcı yolu ilə keçən infeksiyalar artır. Evlərin də pəncərələri kip bağlandığı üçün evdə radon qazının səviyyəsi artır və bu özünü yorğunluq və baş ağrısı ilə göstərir".(publika.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar