Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qızılcaya qarşı peyvəndə başlanıldı

Tarix: 12-01-2024 21:24     Baxış: 4177 A- / A+
Naxçıvan Muxtar Respublikasında qızılcaya qarşı peyvəndə başlanılıb.
 
Manevr.az 
report-a istinadən xəbər verir ki, könüllü aparılan peyvəndləmə 11-40 yaşlı şəxsləri əhatə edir.
 
Qeyd olunan əhali qruplarının vaksinasiyası üçün yaşayış yerləri üzrə uşaq və yaşlı qrupa aid əhaliyə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur. 11-40 yaşı əhali qruplarının yoluxmadan müdafiəsi üçün 1 dəfə vaksinasiya olunması nəzərdə tutulub.
Babək Rayon Mərkəzi Xəstəxanasının infeksionisti Vüsalə Səfərova bildirib ki, 2023-cü ilin payız mövsümü başlayandan qızılca xəstəliyinə yoluxma halları davam edir: "Qızılca xəstəliyinə yoluxma əsasən peyvənd –vaksinasiyadan kənar qalan əhalidə müşahidə olunur. Buna görə də profilaktik tədbirlər həyata keçirilir. Profilaktik tədbirlər çərçivəsində peyvənd təqviminə uyğun olaraq 10 yaşa qədər uşaqlar arasında aparılan vaksinasiya ilə yanaşı 11-40 yaş arası əhali arasında da vaksinasiyaya başlamışıq. Məqsəd yoluxma hallarının və xəstəliyin ağırlaşmasının qarşısının alınmasıdır".
 
Şahbuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Coşqun Babayev isə deyib ki, qızılca, məxmirək peyvəndi ilə yanaşı həm də mövsümi qrip əleyhinə peyvənd vururlar: "Gün ərzində 30-a yaxın vətəndaşımız peyvəndə gəlir. Qızılca xəstəliyi azyaşlılar arasında da tək-tək olsa da var. Peyvənd təqviminə uyğun olaraq azyaşlılar qızılcaya qarşı peyvəndlənir".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar