Sizin Reklam Burada
Xəbər lenti
07-02-2025
06-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Qadınlığa" birbaşa təsir edən hormonlar

Tarix: 20-08-2023 15:30     Baxış: 3263 A- / A+


Hormonlar qadının görünüşünə, fiziki, zehni və ümumi sağlamlığına təsir göstərir.
Manevr.az xəbər verir ki, bu barədə mama-ginekoloq Yuliya Belyakova danışıb. Həkimin sözlərinə görə, qızların yetkinlik dövründə böyüməsi, cinsi xüsusiyyətlərin inkişafı, həmçinin menstruasiyanın başlaması, xarakteri, müntəzəmliyi və başa çatması hormonlarlardan asılıdır.
"Hormonlar səsin tembrinə də təsir edir, sümük toxumasında metabolik prosesləri idarə edir, həmçinin damarların elastikliyini qorumaqla sərbəst qan dövranını təmin edir. Bütün bu fizioloji proseslər mükəmməl tarazlıqda olmalıdır", - o, Lenta.ru-ya açıqlamasında qeyd edib.
Mütəxəssis əlavə edib ki, menstruasiya dayandıqdan sonra cinsi hormonların düzgün balansını qorumaq lazımdır, çünki onların hər biri digərləri ilə eyni vaxtda qarşılıqlı əlaqədə olmaqla öz funksiyalarını yerinə yetirir. Hormonlardan birinin çatışmazlığı və ya artıq olması, digərlərində dəyişikliklərə səbəb olur.
Bu, artıq bir sıra xəstəliklərin inkişafına səbəb ola bilər, bəziləri isə geri dönməz nəticələrə malikdir. Buna görə də, həkim və ya endokrinoloqla vaxtında əlaqə saxlamaq vacibdir. Onlar, hormonal müayinə tələb edə bilər. Üstəlik menstrual dövrünün müxtəlif mərhələlərində bir çox hormon qəbul edilməlidir.
Eyni zamanda estrogenin fraksiyalarından biri olan estradiol səviyyəsinə xüsusi diqqət yetirilir. Ginekoloqun sözlərinə görə, onun miqdarı xəstənin görünüşünün qadınlığına, bədən quruluşunun yuvarlaqlığı, səsin incəliyi, dərinin yumşaqlığı, əhval-ruhiyyə və libidoya təsir göstərir. Yeri gəlmişkən, məhz dövrün ikinci mərhələsində estradiolun azalması səbəbindən bəzi zərif cinsin nümayəndələri əhval-ruhiyyəni dəyişə bilər.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar