Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Uşağınızın ayağı gecələr ağrıyırsa, bu, revmatizm deyil"

Tarix: 10-08-2023 20:20     Baxış: 3290 A- / A+


“Övladınızın ayağı gecələr ağrıyırsa, bu, revmatizm deyil”.
Manevr.az xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. Onun sözlərinə görə, revmatizm xəstəliyində gecə ayaq ağrıları kim bir əlamət olmur:
“Buna görə analiz də lazım deyil. Onsuz da revmatizm xəstəliyi analiz ilə diaqnozu qoyulan xəstəlik deyil, bunu unutmayın. Revmotestlər heç bir şey ifadə etmir.

Bir çox valideyndən bu şikayəti eşidirik ki, gecələr uşağın ayaqları ağrıyır. Uşaq hətta bu ağrıdan oyanıb ağlayır. Analar uşağın ayaqlarını ovxalayır, kamfora yağı çəkir və ağrı xəfifləyir.
Bu gecə ağrıları böyümə ağrılarıdır. Daha çox əzələ-bağ boşluğu olan uşaqlarda çox görülür”. Niyə bu cür ağrılar olması və məhz gecə tətiklənməsi ilə bağlı suala gəlincə isə pediatr bildirib ki, böyümə faktoru gecə artır:
“Böyümə prosesi elə sürətli olmasa da, sümüklərin böyüməsi, sümüklərə birləşmiş sümüküstlüyünün gərilməsinə, ordakı sinir uclarının qıcıqlanmasına gətirir. Bu da ağrı ilə nəticələnir. Ayağınız öndən bir yerə dəyəndə, sümük dəyəndə olan ağrını yadınıza salın. Həmin ona uyğum bir hiss olur. Masaj etdikdə, ovxaladıqda, isti vanna etdikdə qan dövranı aktivləşir, sinir ucları sakitləşir. Bu ağrılar üçün uşağa ağrıkəsicilər verməyin. Revmatizm yoxlanaq üçün lazımsız analizlər etdirməyin. Vaxt keçdikcə ağrılar azalır və şikayətlər olmur”.
A.İsmayılzadə əlavə edib ki, birləşdirici toxuması displaziyası olan yəni hipermobil uşaqlarda da gecə ayaq, oynaq ağrıları ola bilər:
“Bu onların gün ərzində gərgin qalması, əzələ gücünün zəif olması hesabından bağların yüklənməsi səbəbindən olur. Əsasən də oynaqətrafı bağlar boş və uzun olur və narahatıq da elə orda baş verir.
Gündüz vaxtı çox oynayıb, çox yol gedən uşaqlar gecə narahat yatacaq.
Bağ boşluğu olan uşaqlar skolioza meyilli olur, ayaqlarda valgus və s. olur.
Belə uşaqlara dəniz duzu ilə vannalar etmək, yayda sahildə quma basdırmaq (silisium kollagen sintezi üçün vacibdir, kollagen isə bağların tərkib hissəsidir) , dənizdə çimmək (talassoterapiya), yosun aplikasiyaları faydalı olar”.ölkə.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar