Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Dişlərini itirənlər yenidən diş çıxaracaq - MARAQLI FAKT

Tarix: 20-07-2023 12:06     Baxış: 4351 A- / A+
Yapon tədqiqat qrupu dişləri itirilən insanların yenidən böyüməsinə imkan yarada biləcək dərman müalicəsi üzərində işləyir. Klinik sınaqların 2024-cü ilin iyulunda başlaması gözlənilir.
Heyvan təcrübələrində dərmanın süd dişləri və daimi yetkin dişlərdən sonra "üçüncü nəsil" dişlərin böyüməsinə kömək etdiyi müşahidə edilmişdir.

Manevr.az
xarici KİV-ə istinadən bildirir ki, tədqiqatçılar müəyyən bir geni olmayan siçanların daha çox dişə sahib olduğunu aşkar ediblər. Bu gendə ifadə edilən "USAG-1" adlı zülalın dişlərin böyüməsini məhdudlaşdırdığı müəyyən edilib. Başqa sözlə, bu zülalın hərəkətini maneə törətmək daha çox dişlərin böyüməsinə imkan verə bilərdi.

Takahashi-nin tədqiqat qrupu USAG-1-ə diqqət yetirdi və bu zülalın qarşısını almaq üçün neytrallaşdırıcı antikor dərmanı hazırladı. 2018-ci ildə aparılan təcrübələrdə anadangəlmə dişləri az olan siçanlara bu dərman verildi və bu, yeni dişlərin çıxmasına səbəb oldu. Tədqiqatın nəticələri 2021-ci ildə ABŞ-da elmi məqalədə dərc olundu və dünyada ilk diş bərpası dərmanının başlanğıcı olaraq böyük diqqət çəkdi.

İndi dərmanın insan istifadəsinə hazır olması istiqamətində işlər aparılır. İnsan orqanizminə heç bir mənfi təsiri olmadığı təsdiqləndikdən sonra 2 yaşdan 6 yaşa qədər olan uşaqların anodontiya (anadangəlmə əskik dişlər) ilə müalicəsi nəzərdə tutulur.

Nigar Nəriman
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar