Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Uşaqlar skolioz olur, nazirlik tədbir görmür - Deputat

Tarix: 14-07-2023 22:29     Baxış: 3240 A- / A+

Bir millət vəkili kimi seçicilərdən aşağı siniflərdə oxuyan şagirdlərin dərs proqramlarının və çantalarının ağır olması ilə bağlı çoxsaylı şikayətlər daxil olmaqdadır.
Manevr.az xəbər verir ki, bunu deputat Rauf Əliyev deyib.

Onun sözlərinə görə, valideynlər dərs proqramının həddindən artıq uşaqlar məktəb çantalarına həddən artıq kitab yığır ki, bu da ağır olduğundan daşımaq olmur. 
“Bu problemlə bağlı dəfələrlə, hətta parlamentdə məsələ qaldırılsa da, Elm və Təhsil Nazirliyi tərəfindən tədbir görülməyib. Birinci və aşağı sinifdə oxuyan uşaqların çantası onlardan böyük və ağır olduğundan güclə daşıyırlar. Hətta çantalar çəkisi və ölçüsü 5-9 yaşlı uşaqların şagirdlərin boyundan, çəkisindən ağır olduğundan güclə daşıyırlar. Bununla skolioz olurlar. Düzdür, bununla bağlı Təhsil Naziriliyi və yaxud digər qurumlar tərəfindən monitorinq aparılıb, ya yox bilmirəm. Amma bu ciddi problemdir və valideynləri narahat edir”, - deputat qeyd edib.
Yaranmış vəziyyətdən çıxış yolu kimi deputat hesab edir ki, vaxtı ilə həm evdə, həm də məktəblərdə də dərsliklər olurdu. “Şagird daha evdən məktəbə kitab aparmırdı, sinifdəki dərslikdən istifadə edirdi. Bu praktikanı tətbiq etməklə yaranmış problemi həll etmək olar. İkincisi, dərs proqramını yüngülləşdirmək və azaltmaq yolu ilə ola bilər. Çünki ibtidai sinif şagirdlərini bu qədər ağır dərs proqramı ilə yükləmək olmaz. Əslində, ibtidai siniflərdə daha yüngül dərs proqramları ilə daha effektiv tədrisə nail olmaq olar. Uşaqlara bilik öyrətmək olar, nəinki indiki həddən artıq yüklənmə ilə... İndiki dərs proqramı həddən artıq çətin və mürəkkəb olduğundan uşaqlar proqramı tam dərk edə bilmir. Nəticədə valideynlər məcbur olub aşağı sinif şagirdlərinə repetitor tutmalı olurlar. Buna da heç də hamının imkanı çatmır. Təklif edirəm ki, yeni dərs ili başlamamışdan Təhsil Nazirliyi bu istiqamətdə ciddi addımlar atıb, məsələni həll etsə, yaxşı olar. Bununla həm valideynlər, həm də aşağı sinif şagirdləri üzləşdiyi problemdən xilas ola bilər. Çünki uşaqların çantalara gücü çatmadığından onlara mütləq böyüklərin yardımına ehtiyac duyur. Bir çox hallarda isə valideynlər də bəzi səbəblərdən uşaqları məktəbə yola sala bilmir. Bu zaman uşaqlar çantanı daşıya bilmədiyindən çox çətinlik çəkirlər. Odur ki bu problem mütləq həllini tapmalıdır”, - o qeyd edib.ölkə.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar