Xəbər lenti
''Azərbaycan-Türkiyə Sağlamlıq Turizmi" konfransı keçirilib

Liv Bona Dea Hospitalda keçirilən ''Azərbaycan-Türkiyə Sağlamlıq Turizmi'' konfransı keçirilib.
Milli Məclisin üzvü Müşfiq Məmmədli və deputat həmkarı Vüqar Bayramov da konfransda iştirak edib.
Müşfiq Məmmədlinin Manevr.az-a verdiyi açıqlamaya görə, konfransın keçirilməsində əsas məqsəd post-pandemiya dövründə Azərbaycan turizm sektorunun inkişafında sağlamlıq turizminin əhəmiyyəti, beynəlxalq təcrübələrin öyrənilməsi və turizm məhsulu kimi turizm şirkətləri şəbəkəsində əməkdaşlıq imkanlarının dəyərləndirilməsi idi: "Konfransda ''Azərbaycan Turizm Agentlikləri Assosiasiyası'', ''Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası'', ''PMD Hospitality Group'', ''Skal International Baku Turizm Peşəkarları Assosiasiyası'', ''Azərbaycan Sahibkarlar Konfederasiyası''-nın təmsilçiləri iştirak edirdi. Dəvətə görə Liv Bona Dea Hospitalına təşəkkür edirəm", deyə deputat qeyd etdi.
Nigar Nəriman
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































