Xəbər lenti
Yayda D vitamininin qəbulu ilə bağlı bütün suallara cavab
Yayda D vitamininin qəbulu ilə bağlı bütün suallara cavabYay fəslinin başlaması ilə ölkə əhalisi çimərliklərə üz tutub.
Manevr.az xəbər verir ki, dənizə gedənlər həm də günəşlənərək, D vitamini qəbul etməyə çalışır. Təbii ki, bu da yay fəslində D vitaminin qəbulu ilə bağlı bir sıra suallar yaradır.
- Yay fəslində 2 yaşına kimi uşaqlarda D vitamininin qəbulunu kəsməyin.
- Həftədə 3 dəfə normal günəşlənmə yetərlidir.
- Vitamin D-ni ən yaxşı edən onun düzgün dozalanmasıdır.
- Günün ortasında açıq başla günəş altında qalmamaq daha uyğundur. Günəş kremi sadəcə dərini qoruyacaq.
- Uşağa hər hansı kimyəvi qatqılı kremlər məsləhət görülmür. SPF maddəsi də kimyəvidir. Bu maddə D vitaminin yaranmasının qarşısını alacaq.
- Uşaqda vitiliqo varsa və ya albinosdursa, o zaman dərinin günəş şüası ilə təmasından ciddi şəkildə qaçınmalısınız.
- Ümumiyyətlə vitamin və vitaminəbənzər maddələrin günün əvvəli qəbul edilməsi doğrudur.
- Vitamin D - ni suya ya yeməyə qatmaqdansa birbaşa ağıza damızdırmaq daha yaxşıdır.
- D vitamin dozası uşağın ayına, çəkisinə görə deyil, raxit xəstəliyinin profilaktika və ya müalicəsinə görə ayarlanır.
- D vitamini normal verildiyi halda raxit xəstəliyi olmasın deyə kalsium qəbulu və soyulması da normal olmalıdır.
- D vitamini kimi yağlı məhlulları sərin yerdə saxlamaq məsləhətdir. Spirtli məhlulları isə ağzını yaxşı bağlayaraq saxlamaq.
- Sual: Ana özü D vitamini qəbul edərsə süd əmən uşaqda artıqlıq olmaz ki?
- D vitamini ana südü ilə az miqdarda keçdiyindən süd əmən uşağa da D vitaminin verilməsində problem yoxdur.
- D vitamini günəş olan hər saatda yaranır. Sadəcə əlavə pis təsir olmasın deyə səhər və axşam saatlarında günəşlənmək məsləhətlidir.
- Qışda insan bədənindəki D vitamini azdırsa, yayda yaxşı günəşlənmək lazımdır.
- Ağ dəridə 10-15 dəqiqə, tünd dəridə 20-25 dəqiqə günəşlənmək bəs edər.
- Ən tez D vitamini yaranması üçün dəri kremsiz olmalı, əllərin içi və ayaqların altı günəşə açıq və uzanmış vəziyyətdə olmalıdır.ölkə.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar