Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Arağın zərərini azaldan vitaminlər

Tarix: 08-07-2023 16:11     Baxış: 3267 A- / A+
Arağın zərərini azaldan vitaminlər
“B6 vitamini qəbul etmək arağın zərərini azaltmağa kömək edir”.
Manevr.az xəbər verir ki, bu sözləri tanınmış həkim Aleksandr Umnov müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, spirtli içki qəbulundan bir gün əvvəl B6 vitamini qəbul etmək onun istifadəsinin zərərini xeyli azaldır.
Mütəxəssisin fikrincə, B6 vitamininin asmaya qarşı təsiri onun orqanizmdə spirti məhv edən dehidrogenaz fermentinin istehsalını aktivləşdirməsi ilə bağlıdır.
Umnov arağın zərərini azaldan başqa bir maddənin yod olduğunu vurğulayıb. O, bildirib ki, yod tiroid bezinə spirtin tərkibindəki mübadilə məhsullarını parçalamaq üçün hormonlar istehsal etməyə kömək edir.
Qaraciyər funksiyasını yaxşılaşdırmaq üçün hər biri 750 milliqram olan 2,5 tablet glutargin qəbul etməyə icazə verilir. Zərərli maddələrin çıxarılması da aktivləşdirilmiş kömürün qəbuluna kömək edəcək. Ancaq hər hansı bir dərmanı istifadə etməzdən əvvəl həkimə müraciət etmək məsləhətdir.
Bundan əlavə, Umnov toy, ziyafət kimi məclislərdən əvvəl mədə-bağırsaq traktına yükü azaldan pankreas fermentləri və süksin turşusu içməyi tövsiyə edib.
Həkim bir daha vurğulayıb ki, orqanizmə zərər verməmək və asma hiss etməmək üçün ən yaxşı yol alkoqoldan tamamilə imtina etməkdir.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar