Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Spirtli içki içənlər ağcaqanadları daha çox cəlb edir

Tarix: 05-07-2023 19:29     Baxış: 4291 A- / A+

Ağcaqanadlar yay aylarında tez-tez rast gəlinən, dişləmələri allergik reaksiyalara səbəb olan narahatedici həşəratlardır. Həmçinin, ağcaqanadlar malyariya xəstəliyinin yayılmasında əsas rol oynayır.
Manevr.az xəbər verir  ki, gecələr yuxumuzu pozan ağcaqanadların bəzi insanları daha çox dişləməsinin bir səbəbi var. Bu barədə Florida Universitetinin bir neçə entomoloqu tədqiqat aparıblar.  
Araşdırmalar göstərir ki, ağcaqanadlar öz hədəflərini istilik və qoxu vasitəsilə tapırlar. Bəzi insanların daha çox dişləməsinin səbəbi bədən temperaturumuzun və qoxularımızın fərqli olmasıdır. Axşam saatlarında çox tərləyirsinizsə və bədən istiliyiniz yüksəlirsə, bu, ağcaqanadları daha çox cəlb edir.  Məlumata görə, erkək ağcaqanadlar dişləmir, dişi ağcaqanadlar isə dişləyir və qan sovururlar.  
Ağcaqanadların dişləməsinin başqa bir səbəbi qan qruplarımızdakı fərqdir. Araşdırmaya görə, qan qrupu "0" olan insanlar ağcaqanadlar üçün daha cəlbedicidir. 
Florida Universitetinin entomoloqu (insektoloq) Conatan Dayın sözlərinə görə, ağcaqanadların bəzi insanları daha çox dişləməsində paltarların rənglərinin də təsirli olduğunu bildirib. Tünd, mavi və ya qırmızı paltarlar ağcaqanadlara hərəkət edən insanları daha asan aşkar etməyə kömək edir.
Başqa bir nəşr edilmiş elmi araşdırmada spirtli içkilərin ağcaqanadları daha çox cəlb etdiyi bildirilir. Xüsusən də pivədən istifadə edənlərin ağcaqanad dişləmə ehtimalı daha yüksəkdir./unikal

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar