Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın 2030-cu ilə qədər Vərəmə son verməklə bağlı konfrans keçirilib

Tarix: 05-07-2023 18:18     Baxış: 3557 A- / A+
Bu gün Radisson Hoteldə Qlobal Fond İctimai Vəkillərininn Şəbəkəsi və Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının birgə təşkilatçılığı və "Stop TB Partnership " təşkilatının dəstəyi ilə “Azərbaycanın 2030-cu ilə qədər Vərəmə son verməklə bağlı əsaslı beynəlxalq öhdəlikləri genişləndirmək təşəbbüsü: gündəlikdə Birləşmiş Millətlər Təşkilatının (BMT) 2023-cü il üzrə Yüksək Səviyyəli Görüşünün Güclü Siyasi Bəyannaməsi” adlı konfrans keçirilib. 
Konfransda Səhiyyə Nazirliyinin müavini Nadir Zeynalov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndəsi Tural Əliyev, deputatlardan Müşfiq Məmmədli, Soltan Məmmədov, Rəşad Mahmudov, Sədaqət Vəliyeva, Kamilə Əliyeva,  İlham Məmmədov, “Stop TB Partnership” təşkilatının icraçı direktoru Lucica Ditiu,  Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin nümayəndəsi Oqtay Gözəlov, Ölkə Əlaqələndirmə Komissiyasının, Qlobal Fondun, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin, İcbari tibbi sığorta üzrə dövlət agentliyinin, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun, beynəlxalq təşkilatların, səfirliklərin və yerli QHT-lərin rəhbər nümayəndələri iştirak edib.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədlinin Manevr.az-a verdiyi açıqlamaya görə, 2023-cü il BMT-nin 78-ci plenar sessiyası çərçivəsində Vərəm üzrə Yüksək Səviyyəli Görüşün (BMT YSG) tarixi 22 sentyabr müəyyən edilib: "BMT-nin Baş Assambleyasının (UNGA) bir hissəsi olaraq, vərəm epidemiyasına sona qoymaq istiqamətində gedişatı sürətləndirmək məqsədilə dünya liderlərinin, siyasətçilərin, vərəmdən təsirlənmiş icmaların, vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) və digər maraqlı tərəflərin bir araya gələcəyi YSG ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-nin Mənzil Qərargahında keçiriləcəkdir", millət vəkili qeyd edib.

M.Məmmədlinin bildirdiyinə görə, tədbirin məqsədi isə BMT-in Baş Assambleyasının Vərəmlə bağlı Yüksək Səviyyəli İclasında qəbul ediləcək Vərəmlə bağlı siyasi bəyannamənin hazırlanması prosesini daha diqqətlə izləmək, məsləhətləşmələrdə fəal iştirak etmək və vətəndaş cəmiyyəti təşkilatlarının və icmaların maraqlarını müdafiə edən bəyannamənin qəbul edilməsinə dəstək olmaqdır. "Tədbirin sonunda QHT-lər, icmalar, ictimai xadimlər, sosial işçilər tərəfindən "Bakı Bəyannaməsi" imzalanıb. Qeyd edək ki, Bəyannamənin beynəlxalq QHT-lər tərəfindən də imzalanması və BMT-in Baş Assambleyasının rəhbərliyinə ünvanlanması nəzərdə tutulur", deputat vurğulayıb.

N.Nəriman
Manevr.az











Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar