Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda xəstəxananın sabiq direktorları barəsində cinayət işi başlandı

Tarix: 01-07-2023 15:27     Baxış: 3278 A- / A+

Saatlı Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş direktorları Səidə Şahpələngova və Ələkbər Əkbərov, hazırkı şöbə müdiri Asif Həsənov barəsində cinayət işi başlanıb.
Manevr.az-ın xəbərinə görə, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə ittiham olunurlar.

İş üzrə təqsirləndirilən şəxslər arasında xəstəxananın digər əməkdaşları Rəfail Quliyev və Mirqalim İbrahimov da var.
Onların hər biri Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham olunurlar.
Təqsirləndirilən şəxslərin yaşları nəzərə alınaraq istintaq dövrü müddəti üçün barələrində həbsə alternativ qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Səidə Şahpələngova bir neçə il əvvəl də vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilib. Həmin vaxt iş üzrə dəymiş ziyan tam ödənildiyinə görə ona həbs cəzası verilməyib. O, bir müddət sonra vəzifəsindən azad edilib. S.Şahpələngovadan əvvəl isə xəstəxananın direktoru Ələkbər Əkbərov olub.“qafqazinfo”

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar