Xəbər lenti
D vitamininin daha bir faydası aşkarlandı

Manevr.az xəbər verir ki, Avstraliyada aparılan araşdırmanın nəticələrinə əsasən yaşı 60-ı keçən insanların D vitaminindən müntəzəm istifadəsi onlarda ürək və qan dövranı xəstəliklərinə tutulma riskini azaldır.
Avstraliyada 5 il ərzində yaşı 60-84 arasında olan 21 315 nəfərə hər ay D vitamini həbləri verilərək bunun ürək sağlamlığına necə təsir etdiyi müşahidə olunub.
Tədqiqatçılar həmin şəxslərin infarkt, insult və koronar revaskulyarizasiya da daxil olmaqla əsas ürək-damar xəstəlikləri ilə bağlı xəstəxana məlumatlarını təhlil ediblər.
Qeyd edək ki, insanlar D vitaminini həm qidalanma yolu ilə qəbul edir, həm də Günəş işığına məruz qaldıqda orqanizm həmin vitamini istehsal edir. D vitamini sümükləri, dişləri və əzələləri sağlam saxlamaq üçün bədəndəki kalsium və fosfat miqdarını tənzimləməyə kömək edir. İnsanların əksəriyyəti ehtiyac duyduğu D vitaminini yaz və yay aylarında alır. Payız və qışda isə 10 mikroqram D vitamini olan əlavələrin qəbulu tövsiyə edilir.
Bundan əlavə, bu yeni araşdırma göstərir ki, D vitamini əlavəsi ürək-damar riskini azaldır.sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Təqvim
| « İyun 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | |||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































