Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xərçəng hüceyrələri üçün yeni qida mənbəyi kəşf edildi

Tarix: 20-05-2023 18:16     Baxış: 3332 A- / A+

ABŞ-ın Miçiqan Universitetinin alimləri xərçəng hüceyrələri üçün yeni qida mənbəyini - qlükoza olmadıqda onu əvəz edən uridini müəyyən ediblər.

Manevr.az xəbər verir ki, bu barədə “Nature” jurnalında dərc olunan məqalədə deyilir. Qeyd olunur ki, şişin inkişafı üçün müəyyən “yem” lazımdır. Bununla belə, bəzi orqanlarda, məsələn, mədəaltı vəzidə qan damarlarının az olması qlükozaya çıxışı məhdudlaşdırır. Xərçəng hüceyrələri ac qalır, lakin böyüməyə davam edir.

Alimlər siçanlar üzərində təcrübə apardıqdan sonra müəyyən ediblər ki, özləri üçün narahat olan şəraitdə xərçəng hüceyrələri uridindən istifadə edə bilirlər. Onlar həmçinin uridinin uridin fosforilaz 1 (UPP1) fermenti tərəfindən metabolizə edildiyini və onun bloklanmasının heyvanlarda mədəaltı vəzi şişlərinin əhəmiyyətli dərəcədə inkişafına səbəb olduğunu müəyyən ediblər.

Beləliklə, uridin istehsalını dayandıran dərmanlar potensial yeni müalicə variantları ola bilər. Lakin belə nəticələr əlavə araşdırma tələb edir.

Seçenov Universitetinin Levşin adına Klaster Onkologiya İnstitutunun direktoru İqor Reşetov tədqiqatı şərh edərək qeyd edib ki, uridinin mövcudluğu və mübadiləsi dövrü xeyli mürəkkəbdir və həm də normal (xərçəng olmayan) hüceyrələr üçün xarakterikdir.

“Buna görə də bu, elmin ön sıralarında olan bir araşdırmanın nəticələrindən yalnız biridir. Bununla belə, bundan yeni terapevtik metodun yaradılıb-yaradılmayacağı uzun araşdırmaların mövzusudur”, - deyə o, bildirib.publika.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar