Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bu qidalar xolesterinin səviyyəsini azaldır

Tarix: 14-05-2023 11:02     Baxış: 3355 A- / A+
Bəzi qida məhsulları xolesterinin səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər.
“Yüksək səviyyədə xolesterinin ürək xəstəlikləri və insult kimi sağlamlıqla bağlı ciddi problemlərə çevrilməsindən öncə onun qarşısını almaq lazımdır”.
Manevr.az xəbər verir ki, bu fikirləri həkim Tatyana Zaxarova söyləyib.
Həkim xolesterin səviyyəsini nəzarətdə saxlamaq üçün aşağıdakı qida məhsullarını tövsiyə edib: skumbriya və qızılbalıq kimi yağlı balıq, yulaf, lobya, qoz-fındıq, alma, üzüm, çiyələk, portağal və limon, avokado, tərəvəzlər və tünd yarpaqlı göyərti. O əlavə edib: “Bütün bu qida məhsulları bədəndə artıq xolesterini yağları enerjiyə çevirməyə kömək edən öd turşuları duzlarına çevirməyə imkan verən fermenti aktivləşdirə bilər. Bu proses orqanizmdə xolesterin səviyyəsini azaltmağa kömək edir və siz özünüzü daha enerjili hiss edirsiniz. Bu, həm də bizə daha çox hərəkət etməyə və qidalanma nöqteyi-nəzərindən daha effektiv qərarlar qəbul etməyə imkan verir”.
Bu qidaların bir çoxunun mum maddəsinin qarşısını ala bilməsinin daha bir səbəbi onların tərkibində həll olunan lifin olmasıdır. Həll olunan lif bağırsaqda xolesterinlə zəngin öd turşularına bağlanan gel əmələ gətirə bilər. Bu, bağırsaqlardan qana udulan xolesterinin miqdarını məhdudlaşdırmağa kömək edir. "Bu zaman qaraciyəriniz daha çox öd istehsal etmək üçün qandan daha çox xolesterin xaric etməlidir, bu da qanda xolesterinin səviyyəsini aşağı salır", - deyə həkim bildirib.AZƏRTAC

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar