Qulaqda səslər adətən 40 yaşından sonra kişi və qadınlarda görülə bilər.
Manevr.az xəbər verir ki, türkiyəli mütəxəssislərin sözlərinə görə, bu xəstəlik dünyanın heç bir yerində müalicə olunmur. Tibbi dildə buna tinnitus deyirlər.
Təəssüflər olsun ki, bu səslərə alışaraq yaşamaq lazımdır.
Öz-özlüyündə ayrıca xəstəlik deyil, çünki digər xəstəliklərin təzahürü kimi ortaya çıxır, hətta bəzən yaşla da əlaqəli olur.
Belə simptomların yaranmasına daha çox koxlear nevrit, orta otitlər, arterial təzyiqin yüksəlməsi və sair faktorlar səbəb olur. Adı çəkilən qulaq xəstəlikləri və eşitmənin pozulması zamanı bəzi səslər küy kimi qavranılır. Yüksək təzyiq qulaqda bu tip səslərin yaranmasına gətirib çıxarır.
Bəzi dərmanlar, beyin damarlarının aterosklerozu, osteoxondroz, baş-beyin travmaları, beyin xərçəngi qulaqda səsin yaranmasına səbəb ola bilər.
Lakin heç bir xəstəlik aşkar edilmədikdə, bu artıq tibbdə “Tinnitus” xəstəliyidir ki, onun da müalicəsi yoxdur.
Belə xəstələr yatarkən belə musiqi dinləyərək yuxuya gedərlər ki, qulaqdakı səslər onları narahat etməsin.
Çünki, gecə saatlarında o səslər insanı dah çox narahat edir, yuxusunun pozulmasına gətirib çıxarır.“medicina”
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar